Minifutbol üzrə Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan dünya çempionatında bu gün yarımfinal oyununa çıxacaq.

AZƏRTAC xəbər verir ki, yığma finalda gedən yolda Qazaxıstan seçməsi ilə üz-üzə gələcək. Ras Əl-Xayma şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı hər üç oyununu qələbə ilə başa vuraraq, pley-offa maksimum nəticə ilə vəsiqə əldə edib. Yığma komanda 1/8 finalda isə Portuqaliyanı 3:0, 1/4 finalda isə Bolqarıstanı 3:1 məğlub edərək yarımfinala yüksəlib.
скачать dle 12.1