"Səfərə 3 xal üçün yollanırıq. Bakıda bizi çox çətin oyun gözləyir. “Qarabağ”ın çox yaxşı komanda olduğunu bilirəm".
Bunu Almaniyanın “Bayer” komandasının baş məşqçisi Xabi Alonso deyib. 41 yaşlı mütəxəssis Ağdam təmsilçisinin Azərbaycan Premyer Liqasının XII turunda “Kəpəz”ə 7:1 hesabı ilə qalib gəldiyi matçı izlədiyini bildirib:
"Bu, ölkə çempionatının oyunu idi. Avropa Liqasında matçlar fərqli keçir. Əminəm ki, “Qarabağ” Leverkuzendəki matçdan fərqli oyun göstərəcək. Almaniyaya uğurlu nəticə ilə qayıtmaq üçün əlimizdən gələni etməliyik”.
X.Alonso Bakıdakı matça ciddi itki ilə çıxacaqlarını qeyd edib: "Qapını Matey Kovarj qoruyacaq. Edmond Tapsoba isə əməliyyat olunduğu üçün qarşıdakı görüşlərdə bizə kömək edə bilməyəcək. Demək olar ki, hər oyunda dəyişikliklər edirik. Eyni zamanda, fərqli sistemlərdə çıxış etməyi bacarırıq. Bakıya uzun səfər komandaya mənfi təsir etməyəcək. Bu, bizim üçün yeni hal deyil. Daha uzun yol qət etdiyimiz anlar olub. “Qarabağ” da bura gələndə uzun yol qət etmişdi. Məqsədimiz 3 xal qazanmaqdır. Buna görə də yol amilinin çətinlik törətməyəcəyini düşünürəm”.
Qeyd edək ki, noyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer 04” oyunu saat 21:45-də başlayacaq.
"Qarabağ” Leverkuzendəki matçdan fərqli oyun göstərəcək" - Xabi Alonso
08
noyabr
14:46

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər