Azərbaycanda qızılın qiyməti son 4 ayda ən yüksək səviyyəyə çatıb.
Mərkəzi Bank tərəfindən açıqlanan məlumata görə, bu gün - noyabr ayının 16-da qızılın 1 qramının qiyməti 97,15 manata bərabər olub. Qızılın qiyməti sonuncu dəfə avqust ayının 17-də bundan yüksək olub. Son 2 gündə isə qızılın qiyməti 0,5% artıb.
Onu da bildirək ki, son 12 il ərzində qızılın qiyməti 3 dəfədən çox artıb. Müqayisə üçün qeyd edək ki, 12 il əvvəl - 2010-cu ildə Azərbaycanda qızılın bir qramı 29 manat olub.
Məlumat üçün onu da qeyd edək ki, bu rəqəmlər qızılın Mərkəzi Bank tərəfindən müəyyən edilən qiymətini göstərir. Zərgərlik dükanlarında satılan və qızıldan hazırlanan zinət əşyalarının qiyməti daha yüksəkdir.
Qızılın qiyməti dünya bazarlarında da sürətlə bahalanmaqdadır. Hazırda birjalarda bir unsiya (31 qram) qızılın qiyməti 1782 dollara çatıb. İki gün əvvəl - noyabr ayının 14-də qızılın bir unsiyası birjalarda 1765 dollara satılıb.
Azərbaycanda qızıl yenidən bahalanır – Son qiymətlər
16
noyabr
16:07

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat