"İlin əvvəlindən başlayaraq çoxmənzilli yaşayış binalarındakı mənzillərin qiymətində ciddi artımlar müşahidə olunmur. Hazırda qiymətlər stabildir".
Bunu açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib. Onun sözlərinə görə, ötən il qiymət artımları təqribən 30 faizə yaxın olub.
"Bu, son 15 il üçün fantastik göstərici hesab olunur. 2006-2007-ci illərdən indiyə qədər bazarda bir il ərzində bu qədər qiymət artımı müşahidə olunmamışdı. Bu il hələki qiymət artımı yoxdur. Fərdi yaşayış evlərinin qiymətinə gəlincə, 2-3 gün ərzində bu evlərin qiymətində artım müşahidə etmək tezdir. Ona görə ki, mənzilin təklifə çıxarılan dəyərinin artırılması onun bazar dəyərinin artımı demək deyil. Ola bilsin ki, mülkiyyətçi mənzilinin qiymətini artırır, amma onun qiyməti satıldığı dövrdə tərəflər arasında razılaşmaya uyğun olan rəqəmə söykənir. Hesab edirəm ki, bir-iki gün ərzində bunu təhlil etmək, nəticə çıxarmaq doğru deyil. Belə fikirlər var ki, fərdi yaşayış evlərinin qiyməti bahalaşdı və s. Bu, spekulyativ yanaşmadır. Qısa müddətdə bunu təhlil etmək mümkün deyil. Təqribi dəyəri 150-160 min manata olan mənzillər üzər ekspazisiya müddəti 50 gündən artıqdır. Fərdi yaşayış evlərində isə bu müddət 3 aydan çoxdur".
Türkiyədə baş verən zəlzələdən sonra həyət evlərinin qiymətində hansısa dəyişikliyin olmasına gəlincə, ekspert bildirib ki, bu cür hadisələr zamanı psixoloji faktların təsiri nəticəsində fərdi evlərdə məskunlaşma ilə bağlı ictimai rəy formalaşır:
"Fikirlər daha çox buna yönəlir ki, fərdi yaşayış evləri daha təhlükəsizdir. Bu, qısamüddətli dövrü əhatə edən fikirdir. Bir müddətdən sonra ictimai rəydə yaranan bu fikir aradan qalxacaq və həyat öz axarına düşəcək. Zəlzələlər zamanı bu kimi məsələlər müzakirə olunub. Bir müddətdən keçdikdən sonra bu məsələ aradan qalxıb. İndi də belə fikirlərin ortaya çıxması başadüşüləndir. Qısamüddətli dövr üçün Azərbaycanda da fərdi yaşayış evlərinə olan maraq artacaq. Azərbaycanda bir neçə ay müddətində fərdi yaşayış evlərinin qiymətində fantastik olmasa da, nisbi qiymət artımları baş verəcək".
Ötən il mənzillərin qiymətində fantastik artım olub - AÇIQLAMA
10
fevral
11:08

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat