Açıqlanan rəsmi məlumatlar bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə idxal olunan yeyinti məhsulları dəyər ifadəsində 44,3 min dollar artıb.
İlin ilk 4 ayında ən çox buğda idxal olunub.
Belə ki, bu ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 124 milyon dollar dəyərində 409 min ton buğda gətirilib.
Nəticədə idxal olunan buğdanın 1 kiloqramının gömrük dəyəri 30 sent (52 qəpik) olub. Qeyd edək ki, ötən ilin eyni dövründə idxal olunan buğdanın qiyməti daha yüksək - 1 kiloqramının gömrük dəyəri 58 qəpik olub.
Digər əsas ərzaq məhsulları üzrə də artım qeydə alınıb.
Son 2 ilin yanvar-aprel aylarında idxal olunan yeyinti məhsullarının gömrük dəyəri aşağıdakı kimi olub:
2022 Yanvar-Aprel | 2023 Yanvar-Aprel | |
Buğda (1 kq) | 58 qəpik | 52 qəpik |
Meyvə-tərəvəz (1 kq) | 97 qəpik | 1,05 manat |
Ət (1 kq) | 2,94 manat | 2,97 manat |
Süd (1 kq) | 2,49 manat | 3,7 manat |
Kərə yağı ( 1 kq) | 9,34 manat | 9,44 manat |
Çay (1 kq) | 8,43 manat | 9,1 manat |
Düyü (1 kq) | 1,35 manat | 1,51 manat |