Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) son beş ildə 10 milyon manata qədər dövlət vəsaitinin müxtəlif adlar altında mənimsənildiyi iddia edilir.
Bu barədə Qlobal.az-ın mötəbər mənbədən əldə etdiyi məlumatda deyilir.
Məlumata görə, Azərbaycan MEA-da dövlət vəsaitlərinin mühüm hissəsi "cari və əsaslı təmir” adı altında mənimsənilmişdir. Azərbaycan MEA-nın nəzdindəki elmi müəssisələrin və institutların təmirini və tikinti, abadlıq işlərini həyata keçirən İşlər İdarəsi, apardığı işləri keyfiyyətsiz görmüş, bəzi hallarda isə ümumiyyətlə, nəzərdə tutulan tikinti və təmir işləri büdcədən vəsait ayrılmasına baxmayaraq, aparılmamışdır.
Elton Məmmədov, AMEA-nın İşlər İdarəsinin müdiri
Bütün bu neqativ halların Azərbaycan MEA-nın və eyni zamanda İşlər İdarəsinin əvvəlki rəhbərliyinin dövründə baş verdiyi də vurğulanır.
Məlumata görə, ötən ilin oktyabr ayında akademik Ramiz Mehdiyev Azərbaycan MEA-nın prezidenti seçildikdən sonra orada bəzi islahatyönümlü tədbirlər həyata keçirilmişdir. Bu tədbirlərdən biri də İşlər İdarəsi müdirinin dəyişdirilməsi olmuşdur. İşlər İdarəsinə yeni müdir təyin edilən sabiq deputat Elton Məmmədov İdarədə əsaslı audit aparmaq istəsə də, nədənsə, Azərbaycan MEA rəhbərliyi buna imkan verməyərək ona "üstdən get” demişdir.
Fətəli Abdullayev, AMEA-nın İşlər İdarəsinin sabiq müdiri
Bununla yanaşı, mənbə qeyd edir ki, Azərbaycan MEA-nın İşlər İdarəsinin əvvəlki rəhbərliyi Fətəli Abdullayev yerlilərindən ibarət MMC-lər yaradaraq akademiyanın institutlarında aparılacaq təmir işlərini onlara tapşırmışdı. Milyonlarla vəsaitin ayrılmasına rəğmən, işlərin əksəriyyəti yarımçıq, bəziləri isə ümumiyyətlə, görülməmişdir. Fətəli Abdullayevin İşlər İdarəsinin müdiri vəzifəsində çalışarkən ən çox tender verdiyi şirkətlərdən biri Lətifoğlu Məhdud Məsuliyyətli Cəmiyyətinin olduğu vurğulanır.
Məlumata görə, ayrılan vəsaitlər əsasən Nabatat bağının, Zoologiya İnstitutunun, Biofizika, Torpaqşünaslıq və digər institutların laborotoriyalarının təmiri üzrə silinmişdir.
Qlobal.az məsələ ilə bağlı Azərbaycan MEA ilə əlaqə saxlayıb münasibət öyrənmək istəsə də, qarşı tərəf məsələyə rəyini bildirmədi.
AMEA-da milyonluq yeyintiyə "akademik mərhəmət"
20
dekabr
16:35

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat