Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydaları İmişli şəhərində kobudcasına pozulur. 
Avropa.info-nun İmişli sakinlərindən əldə etdiyi məlumata görə, şəhərin hətta mərkəzində fəaliyyət göstərən Ticarət Mərkəzləri, iri tikinti materialları satışı mərkəzləri və bir neçə kafe karantin qaydalarını kobudcasına pozaraq açıq-aşkar fəaliyyət göstərir. 
Şəhərin bazar və bazar ətrafında fəaliyyət göstərən xırda sahibkarlıqla məşğul olan vətəndaşlar bu vəziyyətlə barışmır və "qanun hamı üçündürsə, iri sahibkarlar niyə qanuna tabe olmurlar", deyə sual edirlər.
Qeyd edək ki, qanunsuz fəaliyyətinə göz yumulan obyektlərin çoxu şəhərin mərkəzində yerləşir və xüsusi karantin rejimi tətbiq edilən gündən bu yana fəaliyyətlərini heç vaxt dayandırmayıblar.
скачать dle 12.1