Xalqdan oğurlanan milyardların izi ilə...
Zəfər bayramından sonra cənab Prezident İlham Əliyev çox maraqlı bir açıqlama verdi: “ Mən neçə illərdir bütün diqqətimi, fikrimi Qarabağın azad edilməsinə yönəltmişdim”.
Bəs, görəsən, bu illər ərzində məmurların, icra başçılarının, nazirlərin, komitə sədrlərinin fikri hara yönəlmişdi?
Bəli, torpaqlarımız azad ediləndən sonra cənab Prezidentin əsas diqqəti rüşvətxor, korrupsioner, sadə dillə desək, harınlamış məmurlardan hesabat tələb etmək oldu. Və son dövrdə icra başçılarının, nazirlərin ard-arda həbs olunması bir daha onu göstərir ki, möhtərəm Prezidentimiz xalqa yuxarıdan aşağı baxan, dövlətin pullarını göyə sovuran məmurlar üçün sözün həqiqi mənasında ƏDALƏT MÜHAKİMƏSİ quracaq. Hər kəs etdiyi əməllərə görə cavab verməlidir. Məmurlar milyonları, milyardaları hara xərcləyib ?
Əlbəttə, bütün bunları araşdırmaq hüquq-mühafizə orqanlarının işidir.
Biz isə bir media orqanı olaraq bu məsələdə obyektiv dəstək verə bilərik.
Bizə elə gəlir ki, oğurlanan milyonların axtarışına çıxmaq üçün Nərimanov rayonu ərazisindəki köhnə qəbristanlığa başmaq seyrinə çıxmaq yetər.
Adam bu ərazidə salınmış TƏZƏ ŞƏHƏR-də sözün həqiqi mənasında azır, çaşıb qalır. Başı göyə dəyən binalar, mülklər, villalar, ofislər və daha nələr, nələr. Yəni köhnə qəbristanlıqda az qala bir dövlətin büdcəsi qədər pul hesablamaq olar.
Təkcə Prezidentin sabiq köməkçisi Əli Həsənovun bu ərazidəki mülklərini, KASPİ-nin ofislərini, obyektlərini saymaqla qurtarmaq olmaz.
Digər məmurların mülkləri də Əli Həsənovun varidatından geri qalan deyil.
Sözümüzün canı odur ki, hüquq-mühafizə orqanları niyə uzağa gedir ki ?
Şəkililər demişkən, elə ağzınızın içindədir dəə...
Hər milyonluq obyektin altından bir məmur çıxır.
Hər biri üçün də Nərimanov icra hakimiyyətindən daşdan keçən kağız alınıb. Kağızın qiymətini isə səlahiyyəti olanlar müəyyən edir. Deyəsən yeni həbslərin konkret məkanını göstərdik. Di haydı...
Nərimanovda köhnə qəbristanlıqda MƏMUR ŞƏHƏRİ .. -Xalqdan oğurlanan milyardların izi ilə...
09
fevral
13:05

Qarabağ
KOMMENTLƏR
“Ermənilərin gözünün içinə baxıb “Nə oldu Paşinyan” deyəcəyik”
“Harınlamış məmurlara islahatlar təsir etmir”
Bakıda TİKİNTİ ÖZBAŞINALIĞI: - “Tarqovı”dakı binalara edilən “calaq”lara kim və necə icazə verir?
“Şuşalılar zəng edirlər ki, nə vaxt köçürük?” - İcra Başçısı
“Mədəniyyətdə korrupsiyaya yol vermək, mədəniyyəti məhv etmək deməkdir”
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi