Rəsmi xəbərlərdən  bəlli olduğu kimi, sabiq birlik komandiri, general-leytenant, Milli Qəhrəman  Rövşən Əkbərov həbs edilib. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bu gün mediada yayılan xəbərdən bəlli olur ki, Rövşən Əkbərov qəsdən adam öldürmədə ittiham olunur. Bu barədə vaxtilə mətbuatda məlumatlar da yer alıb.

Öncə onu qeyd edək ki, 1992-ci ildə  ermənilər Şuşaya daxil olanda  Rövşən Əkbərov  komandir müavini, yəni Elburus Orucovun müavini idi. 

Onda sual olur:Rövşən Əkbərov hansı qəhrəmanlığına görə, Milli Qəhrəman olub ? 

Digər tərəfdən general-leytenant  rütbəsinə çatan şəxsin hansı yüksək  xidmətlərindən danışmaq olar ?
 
Bir neçə il əvvəl  Rövşən Əkbərov onunla bağlı yazılan tənqidi yazılara belə cavab verirdi: 
“Mən vuruşanda sizlər isti yorğan altında yatırdınız...Adam kişi olar...Mənim haqqımda yazırsınızsa  kişi kimi yazın...”
Bəli, cənab general adam kişi olar. Amma  sən  azərbaycan övladını hərbi bıçaqla ürəyindən vurub öldürəndə bilmirdin ki, bir gün səndən cavab tələb edəcəklər..?
Sənin barəndə  yazanları kişi olmamaqda ittiham edirdin. 
Bəs, indi sözün nədir ? 
Sənə Azərbaycan dövlətinin adından HÖKM oxunub. 
Bunu biz media mənsubları etmirik. Və bunu sən özün qazanmısan. 
19 il əvvəl öldürdüyün Elçin Əliyevin atasının ahı yerdə qalmadı. 

Cənab Rövşən Əkbərov ! Sən tək deyilsən. Ordumuzda sənin kimi generallar hələ də var. 

Onlardan biri də Xəqani Cəbrayılovdur. 

Söhbət Prezident İlham Əliyevə məruzə edərkən Cəbrayıl Xəqaniyev deyən, adı ilə soyadını səhv salan generaldan gedir. 


Gundelik-baku.com-un ötən yazısında Xəqani Cəbrayılovun heyvandarlıq fermalarından, örüş sahələrindən,  zəbt etdiyi hektarlarla torpaqlardan, biznes  obyektlərindən yazmışdıq. 
Bilmək olmur ki, ordumuzun generalı  hərbçidir, yoxsa  fermer...
Bəli, 19 il əvvəl etdiyin cinayət işinin səsi indi çıxdı, indi səni həbs etdilər. 
General-mayor Xəqani Cəbrayılovun da törətdiyi cinayətlərin, başına yüz oyun açdığı snayper qız Floranın və onun kimilərin səsi çıxmaq üzrədir. 
Ordumuzda vuruşmağa, düşməndən qisas almağa gedən qızların namus ləçəyi bir gün Xəqani Cəbrayılovun da başına örtüləcək. 
Darıxma, Rövşən Əkbərov ! Xəqani Cəbrayılovun yanına gəlməsinə sayılı günlər qalıb.


скачать dle 12.1