Dəyəri  5-10 qəpik olan kağız parçası, yəni gömrük bəyannamələri iş adamlarına 210 manata satılırdı

 
Dövlət Gömrük Komitəsinin sədri  Səfər Mehdiyev hərdən korrupsiya  ilə mübarizədən-zaddan elə danışır ki, adam deməyə söz tapmır. 
Adama deyərlər ki, neçə illər  DGK-da idarə rəis sədrinn 1-ci müavini olmusan. 
Sən bu korrupsiyanı görmürdün ? 
İndi də  cənab Səfər Mehdiyev  DGK-da aparılan islahatlardan, modern idarəetmədən-filandan danışır. 
İş adamları, biznesmenlər hər gün redaksiyamıza zəng edərək, qarşılaşdıqları problemləri danışanda məəttəl qalırıq. 
Şəxsi istifadə  üçün ölkəyə avtomobil gətirənlərin üzləşdiyi problemləri yazsaq, gərək onda DGK sədrini başqa cəza gözləyə. 
Təsəvvür edirsiniz,  avtomobil gətirən şəxs əməkdaşımıza danışır: “ Bizi DGK əməkdaşları qarşılayırlar. “Rastamoşka” üçün elə rəqəm deyirlər, məəttəl qalırıq. Sonra qiyməti aşağı salırlar. Və beləcə bazarlıq davam edir”.
Adama deyərlər, avtomobilin idxalı üçün konkret dövlət rüsumu var, sən necə bunu aşağı sala bilərsən, necə alver edə bilərsən ?
Bütün bunlar azmış kimi, DGK sədrinin bir  savadsız qaynı var, Zeynal Tarquluyev.
Biznesmenlər, iş adamları onun əlindən beziblər.
Bu adam adicə kağızdan, bəyannamədən yüz minlər  qazanır. 
Uzun illər  Dövlət Gömrük Komitəsinin ( DGK ) iş adamlarına gömrük bəyannamələri, ciddi hesabat blankları kimi  təqdim etdiyi  nömrələnmiş  adi rəngli vərəqlərin satışını ancaq DGK-nın nəzdində olan Təsərrüfat Hesablı Azərterminalkompleks Birliyi  həyata keçirmişdir. Yəni Azərterminalkopmpleks  bəyannamələrin satışı üzrə ölkədə monopolist idi. Həmin dövrdə dəyəri  5-10 qəpik olan kağız parçası, yəni rəngli vərəqlər  gömrük bəyannamələri adı altında iş adamlarına 210 manata satılırdı. Kimsə inadkarlıq edib qəbz tələb edəndə 18 manatın qəbzi verilirdi. Yəni iş adamı  210 manat ödəyib əvəzində 18 manatlıq qəbz alırdı və (210 - 18 = )  192 manat(lar) kimlərinsə cibinə gedirdi.
 
 Gömrük Məcəlləsinin 150-ci maddəsində isə konkret olaraq  "Bəyannamə elektron, yaxud da kagız üzərində verilə bilər" yazılsa da DGK ancaq və ancaq kağız üzərində qəbul edirdi. Kağızın hər vərəqi  isə iş adamlarına 210 manata başa gəlirdi, yəni satılırdı.  
"Dövlət orqanlarında Elektron xidmətlərin göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında"  Azərbaycan Respublikası  Prezidentinin 429 saylı 23 may 2011-ci il tarixli Fərmanına və  "Mərkəzi İcra Hakimiyyəti orqanlari tərəfindən konkret sahələr üzrə Elektron xidmət göstərilməsi Qaydalarının və Elektron xidmət növlərinin siyahısının təsdiq edilməsi haqqında"  Nazirlər Kabinetinin Qərarının  22.1 bəndinə əsasən isə gömrük bəyannaməsi ancaq elektron qəbul edilməli idi. 
 DGK isə Prezidentin Fərmanını, Nazirlər Kabinetinin Qərarını heç nəzərə almırdı.Həmin dövrdə dəyəri  5-10 qəpik  olan bəyannamə adlı rəngli kağızın iş adamlarına  210 manata satışı uzun illər  DGK  sədrinin birinci müavini  olmuş Səfər Mehdiyevin nəzarətində idi. Yəni Səfər Mehdiyev  adi rəngli kağız parçasından bəyannamə adı altında milyonlar qazanırdı. İndi isə Səfər Mehdiyevin DGK-da qurduğu bəyannamə biznesinin mexanizminə nəzər salaq:
 
 Təsəvvür  edin 1 500 000 - 2 000 000 bəyannamə yazılsa (idxal, ixrac, tranzit, əlavə vərəqlər də daxil və əgər  18 manatlıq  rəsmi qəbz verilsə ) 210-18=192 manatdan  (  1 500 00 * 192 man  = 288 000 000 man, 2 000 000 * 192 man = 384 000 000 manat), yəni az qala 300 milyondan yarım milyarda yaxın  qanunsuz pul əldə edilirdi. Hətta  qəbz verdikləri 18 manatın özü də qanunsuz idi. Bəli, Səfər Mehdiyevin nəzarəti altında  5-10 qəpiklik kağız vərəqi 18 manata sənədləşdirib  210 manata satılırdı. 
 
Kağız  vərəqlərdən  əlavə "Tərəzi pulu" adı ilə yığılan küllü miqdarda vəsait  və "Xidmət göstərmək"  adı ilə  yığılan  pullar isə başqa problemdir. 
 
Artıq bəyannamə  adı altında 5-10 qəpik dəyəri olan adi rəngli kağız vərəqələrin iş adamlarına 210 manata satmağın mümkün olmadığını görən Səfər Mehdiyev hansı yola əl atdı ? 
Bu barədə növbəti yazıda.скачать dle 12.1