Müsahibələrində tez-tez “Mən bu dövlətin əsgəriyəm” deyən sabiq mədəniyyət naziri Əbülfəz Qarayevin ailə şirkətləri Rusiya, Litva, Panama, Azərbaycan, Malta kimi dövlətləri əhatə edir.
Əbülfəz müəllim, əsgər ona tapşırılan dövləti talamaqla məşğul olur ?
Utanıb-qızarmadan “dövlətin əsgəriyəm” deyirsən.
Məlumat üçün qeyd edək ki, Əbülfəz Qarayev 1994-2001-ci illərdə gənclər və idman naziri, 2001-2006-cı illərdə gənclər, idman və turizm, 2006-cı ildən bu ilin may ayına qədər mədəniyyət və turizm naziri vəzifələrində işləyib.
DTX-nin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı ortaya çıxan faktlar 26 il ərzində nazir kimi fəaliyyət göstərdiyi müddətdə Qarayevin topladığı sərvətin miqyasını təsəvvür etməyə imkan verir.
Bu adamın nə qədər daşınmaz əmlakı, gözəllik salonları, mənzilləri, torpaq sahələri var.
Keçmiş nazirin yeganə övladı - qızı Suad Qarayevanın və həyat yoldaşı Lalə Kazımovanın Londonda böyük biznes şəbəkələri var.
26 ildə kitabxanaları, klubları, kinoteatrları, mədəniyyət evlərini satan Əbülfəz Qarayev multimilyonçuya çevrildi.
Bunlar azmış kimi “Xalq artisti”, “ Əməkdar artist” və digər fəxri adları hərraca çıxardan Qarayev əsl bazar adamı idi.
İndi isə keçək əsas mətləbə.
Məlumdur ki, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov həbs edilib.
DTX-nın yaydığı video görüntülərdə Rafiq Bayramov deyir ki, cari təmir işləri üçün nəzərdə tutulan vəsaitin 10 fazinin nazirə verirdik.
Deməli, milyonlarla pulun 10 faizi “otkat” kimi nazirə çatırmış. Bundan böyük cinayət olarmı ?
Bəs onda sabiq nazir niyə həbs olunmur ?
Digər tərəfdən nazirin xəbəri olmadan, Dövlət Xidmətinin rəisi milyonları necə mənimsəyə bilərdi ?
Bu mümkün olan hal deyil.
Mətbuatdan bəllidir ki, sabiq nazirə “stop” qoyublar və o ölkədən çıxa bilməz. Düzdür Əbülfəz Qarayev müalicə adı altında ölkədən qaçmağa bir neçə dəfə cəhd edib, amma geri qaytarıblar.
''Gündəlik Bakı''ya daxil olan məlumata görə həbs olunan şəxslər ifadə verməkdəm imtina edirlər və Əbülfəz Qarayevi tələb edirlər. Məhkəmədə hər şey üzə çıxacaq.
Yəqin ki, yaxın zamanda Əbülfəz Qarayevin həbsi reallaşacaq.
P.S. Əbülfəz Qarayev isə bir neçə gün öncə deyib ki, mən mətbuatla əlaqə saxlamaq, mətbuata danışmaq istəmirəm.
/Gundelik-baku.com/
Yaxın zamanda Əbülfəz Qarayevin həbsi reallaşacaq...- Sabiq nazirin “şərikləri” ifadə verməkdən imtina edir, məhkəməni gözləyirlər...
28
iyun
18:02

Qarabağ
KOMMENTLƏR
İcra başçısı 1-ci müavin və müavin təyin etdi
Kor bağırsağın əvəzinə nazik bağırsağı kəsən səhiyyəmizin “Qara ledi”si - Nazir müavini Nigar Əliyevanın oğlunun avtomobil kolleksiyası, aptekləri, milyonluq mülkləri və...
Səlim Müslümovdan sonra: Növbə kimindir? - Siyahı
Əbülfəs Qarayevin qızına məxsus şirkətin gəlirləri AÇIQLANDI – Moskvada...
Əbülfəs Qarayevin işlədiyi dövr yoxlanılır
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat