“Optimal” məhsulu satıb qazanır, kredit faizlərindən qazanır, hələ müştərini də incidir
“Optimal Elektroniks”dən yazmaq istəyəndə qeyri-ixtiyari olaraq rəhmətlik Dədə Ələsgərin misraları yadıma düşdü:
Köhnə dağarcığı tumaş yerinə,
Aşıq Ələsgərə satma, hayıfsan.
Oxucu düşünər ki, Aşıq Ələsgər hara, “Optimal Elektroniks” şirkəti hara ?
Bəli, rəhmətlik aşığın dediyi də o idi ki, saxta məhsulu mənə təzə kimi sırıma.
“Optimal Elektroniks” şirkəti də köhnə mobil telefonları təzə adı ilə müştərilərə baha qiymətə satır. Müştəri telefonu qaytarmaq, ya da dəyişmək istəyəndə qəbul etmirlər, hətta “əlin hara çatır get şikayət elə” deyib qapıdan qovurlar.
Bu təkcə mobil telefonlarla bağlı deyil. Digər elektrik avadanlıqları da eyni haldadır.
Ütüsü xarab, soyuducusu xarab, paltaryuyan maşını zay…
Müştəri alır, 5-10 gündən sonra xarab olur.
Qaytarmaq istəyəndə deyirlər get servisə. Servis də deyir ki, artıq istifadə etmisiniz, xarab olub. Beləcə istehlakçıların başına min cür oyun açırlar.
Axı, bu ölkədə İqtisadiyyat Nazirliyinin nəzdində İstehlakçıların Hüquqları Departamenti var, ey cənablar. Siz dövlətdən niyə maaş alırsınız ?
Şikayətçilər Baş ofisin yerini soruşanda cavab qısa olur: Baş ofisin yeri deyilməz…
Görəsən, baş ofis gizli qurumdur, nədir ki, onun yerini gizli saxlayırlar.
Bir sözlə, Bakıda son 10-15 ildə məişət və elektron avadanlıqları satan mağazaların sayı artır. Deməli, əslində bunların arasında rəqabət olmalı və nəticədə müştəri məmnun qalmalıdır. Bu bazar iqtisadiyyatının aksiomasıdır.
Çox təəssüf ki, bizdə tam əksidir. Mağazaların sayı artdıqca, özbaşınalıq, müştəriyə hörmətsilik, nöqsanlar baş alıb gedir. Öz haqqını tələb edən vətəndaşı qapıdan qovurlar.
Belə qanunsuzluqların baş alıb getdiyi mağazalardan biri, bəlkə də birincisi, “Optimal Electronics” Mağazalar Şəbəkəsidir. Bu şəbəkə mallarını kreditə verib pul qazanır, məhsulunu realizə edib qazanır, hələ üstəlik köhnə, yararsız məhsul satır.
Birincisi, şirkət satdığı məhsulla bağlı müştəriyə tam, dolğun məlumat verməlidir. İkincisi, müştəri məhsuldan narazıdırsa, məhsul yenisi ilə dəyişdirilməlidir, servisə göndərilməməlidir.
“Optimal Electronics” Mağazalar Şəbəkəsində kreditə görə də müştərilərin başına oyun açırlar. Müştəri bir gün ödənişi gecikdirən kimi vətəndaşdan artıq pul alınır.
Bir sözlə, “Optimal Electronics”də özbaşınalıqdır. Bəlkə də şirkətdə ciddi vergidən yayınma da var.
Bəs dövlət qurumları hara baxır ? /Gundelik-baku.com/
“Optimal Elektroniks”in baş ofisi gizli qurumdur ?- Şirkətin mağazalarında köhnə məhsullar təzə adı ilə satılır ?
05
iyul
10:29

Qarabağ
KOMMENTLƏR
"Optimal Elektroniks"dən OPTİMAL FIRILDAQ... - GİLEY
ABC Telekomda ciddi problemlər var- Şirkətin sahibi Azər Süleymanov alıcıların hüquqlarını pozur
“Optimal Elektronika” MMC-dən Azərbaycan Ordusuna Dəstək!
"Optimal Elektronics"də müştəri hüquqları tanınmır - GİLEY
“Optimal Electronics”köhnə telefonları təzə adına müştərilərə “sırıyır” - GİLEY
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat