Nüsrət müəllim bankdan külli miqdarda kredit götürüb ölkədən qaçmaq istəyir ?
Azərbaycanda ən böyük problemlərdən biri, bəlkə də birincisi, inhisarçılıqdır. Əbəs yerə deyil ki, prezident İlham Əliyev cənabları dəfələrlə inhisarçılıqla mübarizə barədə konkret tapşırıqlar verib. Ancaq vəziyyət hələ də dəyişmir.
Azərbaycanın qida sektorunun ən böyük inhisarçılarından biri də Veysəloğlu Şirkətlər Qrupudur. Qrup 90-cı illərdən etibarən ölkəyə ərzaq məhsullarının əsas idxalatçılarından, 2000-ci illərdən isə pərakəndə satıcılarındandır.
Veysəloğlunun müxtəlif şəhər və rayonlarda marketlərinin sayı 300-ü keçib. Onlarla supermarketlər, minimarketlər, böyük satış anbarları, bir sözlə, Veysəloğlunun biznes imperatoprluğu.
Şirkətlər Qrupunda minlərlə işçi çalışır. Ancaq bircə dəfə də olsun Əmək Müfəttişliyi şirkətdə əmək qanunvericiliyinin pozulması ilə bağlı monitorinq keçirməyib. Əmək müqavilələrinin olub-olmaması ilə maraqlanmayıb.
QİDA agentliyi, konkret olaraq agentliyin baş direktoru Qoşqar Təhməzli maraqlanmır ki, yüzlərlə satış mərkəzi olan Qrupda ərzaq və qida məhsulları standarta uyğun gəlirmi, ya yox ?
Niyə, Qoşqar Təhməzli Veysəloğlunun “Ulduz” şokolad fabrikindəki məhsullar ilə maraqlanmır ?
Axı, hər yerdə sağlam qidalanmadan danışırıq. Nooldu, bəlkə Veysəloğlu bu qurumların dilini-ağzını bağladıb, xalqın xəbəri yoxdur.
Axı, istehlaklçıların bu qədər şikayətləri mediada tirajlanır, yayılır. Bunu dövlət qurumları görmür ?
Şirkətdə dollar xırdalanması ilə bağlı mətbuatda kifayət qədər yazılıb. Niyə bir reaksiya verən yoxdur?
Təsəvvür edirsiniz, “Veysəloğlu”nun “Araz” supermarketlər şəbəkəsindən AQTA-ya 563 istehlakçı şikayəti olub, bunların 59-u vaxtı keçmiş, istifadə müddəti bitmiş qida məhsulları ilə bağlıdır. Bəs, görəsən, AQTA hara baxır ?
Bəs, görəsən, Dövlət Vergi Xidməti bu işlərə nə üçün reaksiya vermir?
Ötən il Dövlət Vergi Xidməti Veysəloğlu Şirkətlər Qrupuna nə az, nə çox – 2 milyon manat maliyyə sanksiyası tətbiq edib. Buna səbəb olaraq şirkətin külli miqdarda vəsaiti vergidən yayındırdığı göstərilirdi.
Bəs, nəticə nə oldu ?
Görəsən, şirkətdəki qanunsuzluqlar barədə Veysəloğlu-nun maliyyə bosu Nüsrət müəllim nə düşünür ?
Söhbət “Veysəloğlu” şirkətinin maliyyə müdiri Nüsrət müəllimdən gedir.
Nüsrət müəllim, görəsən dəyəri 100 milyonlarla ölçülən obyektlərini, otel və istirahət mərkəzlərini hansı pulla əldə edib ?
Bəlkə, Nüsrət müəllim, aylıq 20 min manat məvacibinə aydınlıq gətirsin.
Görəsən, Nüsrət müəllim, bu milyonları əvvəlki iş yerindəmi qazanıb, yoxsa, Veysəloğluda ?
Ümumiyyətlə, maliyyə müdiri Nüsrət müəllim niyə keçmişini gizlətməyə çalışır?
Nüsrət müəllim nədən ehtiyat edir, nədən daha çox çəkinir ?
Bir də çox maraqlıdır ki, görəsən, Nüsrət müəllim 100 milyon dəyəri olan otel və istirahət mərkəzlərini niyə banka girov qoyub külli miqdarda kredit götürmək istəyir?
Bəlkə Nüsrət müəllim ölkədən qaçmağa hazırlaşır ?
Suallar çoxdur. Növbəti yazımızda Nüsrət müəllimin milyonluq obyektlərinin xəritəsini təqdim edəcəyik.
P.S. Hörmətli Veysəloğlu müdafiəçiləri qulbeçələrinizə çatdırin ki, biz siz fikirləşdiyiniz adamlar deyilik. /Gundelik-baku.com/
“Veysəloğlu”nun maliyyə müdiri Nüsrət müəllim otel və istirahət mərkəzlərini niyə banka girov qoyub?
26
iyul
18:36

Qarabağ
KOMMENTLƏR
Veysəloğludan bitib tükənməyən ŞİKAYƏTLƏR...- QİDA agentliyi Veysəloğluda ciddi yoxlama aparmalıdır...
Dövlət vergi Xidmdəti və Qida Agentliyi niyə "Veysəloğlu"da yoxlama aparmır ?-Bu şirkətin arxasında hansı yüksəkçinli məmur dayanır ?
Veysəloğlunun “Oba”sında qiymət fırıldağı- Vitrindəki qiymətlə kassada hesablanan məbləğ arasındakı fərq kimin cibinə gedir ?
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat