Bunlar hamısı satır...
 
Müşfiq Ələsgərli  100 dollara jurnalist  vəsiqəsi satır
Vüqar Səfərli saxta jurnalistlərə, sürücülərə mənzil satır..
Ağabəy Əsgərov isə nəşriyyatın ərazisini, otaqları satır..
Həbs növbəsi  Ağabəyə və Müşfiqə  çatıb… 

Son günlər  davam edən media  qalmaqallarında bir məsələ xüsusi olaraq diqqəti cəlb etdi. Milli Məclisin üzvü üzünü Müşfiq Ələsgərliyə tutaraq deyir ki, bu yaramaz 100 dollara jurnalist vəsiqəsi satır: 
“Əli Həsənovun  trolu Müşfiq Ələsgərli  Jurnalistlər binasından 3 otaqlı ev alıb. Hövsan qəsəbəsində böyük villa sahibi olan bu adam binadakı evin qapısını bağlı saxlayıb. Bu adamın kimsə bircə yazısına rast gəlibmi? Bu yaramaz  “beynəlxalq jurnalist “vəsiqəsi paylayır. Üzvlük haqqı 100 dollardır”. 
Söhbətin kimdən getdiyi yəqin ki, diqqətli oxuculara məlum oldu. 
Söhbət  Jurnalistlərin Həmkarlar İttifaqının ( JuHİ )-nin sədri, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Mətbuat Şurası sədrinin müavini, Mətbuat Şurası  Sosial Komissiyasının sədri və ən əsası Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun ( KİVDF ) Müşahidə Şurasının üzvü  Müşfiq Ələsgərlidən gedir. 
Bu adamın neçə vəzifəsi var ? 
Bəli, Vüqar Səfərlilər, Müşfiq Ələsgərlilər, Ağabəy Əsgərovlar azad, müstəqil medianı bərbad günə qoydular. Hamısı satmaqla məşğuldur.
Bəli, Müşfiq  Ələsgərli 100 dollara jurnalist  vəsiqəsi satır, Vüqar Səfərli  Müşfiq Ələsgərlinin saxta vəsiqə verdiyi jurnalistlərə, sürücülərə, katibələrə Jurnalistlər üçün tikilmiş binadan  mənzillər satır, Ağabəy Əsgərov  isə  direktoru olduğu  Azərbaycan nəşriyyatının ərazisini, otaqlarını  dədəsinin malı  kimi satır.  
Ancaq hələ ki, bu “troyka”dan  yalnız Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun rəhbəri Vüqar Səfərliyə cinayət işi qaldırılıb, istintaq yekunlaşıb və iş hazırda məhkəmədədir. 
Bəli, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərliyə qarşı  Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma- külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələrlə cinayət işi qaldırılıb. 
Ancaq çox  təəssüf ki, bu miqyasda cinayət işi Vüqar Səfərli və digərlərinə açılıb. 
Bir nəfər soruşmur ki, cinayət işi konkretlik tələb edir. Necə yəni, və..digərləri.
Bəs  adının qabağında media ilə bağlı olan 5-6 vəzifəni daşıyan Müşfiq Ələsgərli harada qaldı ? 
Bəs, Azərbaycan Nəşriyyatını satan, müxtəlif şəxslərə arendaya verən, nəşriyyatın ərazisini  tikinti obyektinə çevirən Ağabəy Əsgərov harada qaldı ? 
Ağabəy Əsgərov öz müsahibəsində deyir ki, bura məgər mənim atamın obyektidir satam ? 
Yəni demək istəyir ki, mənə deyiblər, mən də satmışam. Bəs, kim deyib ? 
Əgər obyektiv istintaq aparılsa, bunların hamısı   bülbül kimi ötəcəklər. 
Amma, hər halda məhkəmə prosesi təzə başlayıb. 
Yəqin ki, məhkəmə istintaqında çox  sandıqlar açılacaq və çox cinayət işləri ortaya çıxacaq. 
İlkin məlumatlara görə, məhkəmədə Vüqar Səfərli  Müşfiq Ələsgərli kimiləri meydana dəvət edəcək. 
Və nəticədə Müşfiq Ələsgərli, Ağabəy Əsgərov və digərlərinin həbsi qaçılmaz olacaq.
P.S. 2016-cı ildə ölkənin aparıcı medialarından olan şəxslərin həbsi zamanı "çaqqal " kimi ağız-ağıza verib ulaşanlar, görəsən indi niyə tülkü kimi gizləniblər? 
P.S.S. Beyrək deməli "Ay donuz oğlu donuz, donuzda öküzə ox atar?" /Gundelik-baku.com/скачать dle 12.1