Məlumdur ki, Daxili Işlər Naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə general-mayor, Nəqliyyatda Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərildi.
Bu əmrdən sonra Baş İdarənin rəis müavini Nəriman İmanovun rəis təyin olunacağı ilə bağlı xəbər yayıldı.
Nəriman İmanov kimdir ?
Məlumat üçün qeyd edək ki, Nəriman İmanov vaxtilə Nərimanov RPİ-nin, Masallı RPŞ-nin, Sumqayıt ŞPİ-nin və Gəncə ŞBPİ-nin rəisi olub.
Və 1 ildir ki, Nəqliyyatda Baş Polis İdarəsinin rəisi müavinidir.
Bu adam haqqında zaman-zaman mətbuatda xəbərlər yayılır.
Və hər dəfə susaraq fikir bildirmir.
Gündəlik-Bakıya daxil olan məlumata görə, Nəriman İmanov Masallıda polis rəisi işləyərkən rayonda özü üçün böyük biznes şəbəkəsi yaradıb.
Bu gün Masallıda Nəriman İmanovun xeyli sayda ticarət, ictimai-iaşə obyektləri və torpaq sahələri var.
Bütün bunlar azmış kimi, Nəriman İmanov Sumqayıt şəhərində polis rəisi olarkən, şəhərdə xeyli sayda obyekti qanunsuz olaraq özəlləşdirib.
Bu gün Sumqayıt şəhərində Nəriman İmanovun geniş biznes şəbəkəsinin olduğu söylənilir. Bəzi mənbələrdə o da bildirilir ki, Nəriman İmanov Sumqayıtda polis rəisi işləyərkən öz qulluq mövqeyindən sui-istifadə edərək, bir çox torpaqları zəbt etmişdir. Bu başqa bir yazının mövzusudur.
Sözün qısası, bu gün Nəqliyyatda Baş Polis İdarəsinin rəisi olmağa çalışanların sayı onlarladır. Bunlardan biri də Nəriman İmanovdur.
Əldə etdiyimiz məlumatlara görə, Nəriman İmanov özünü həmin idarənin rəisi kimi görür. Bəzi mənbələrin bildirdiyinə görə, hətta Nəriman İmanov işçiləri rəisə məxsus otaqda qəbul edir.
Amma istək-arzu başqa şeydir, bəs reallıq necədir? Reallıq Nazirin əmrindən sonra olur.
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq. /Gundelik-baku.com/
Nəqliyyatda Baş Polis İdarəsinin rəisi olmaq istəyən Nəriman İmanov kimdir ?
14
fevral
14:04

Qarabağ
KOMMENTLƏR
Nəqliyyatda Baş Polis İdarəsinin rəisi olmaq istəyən Nəriman İmanovun keçmişi…. - Keçmiş cəbhəçi, “Boz Qurd” partiyasının üzvü…
Mirqafar Seyidovu Nəriman İmanov əvəz edəcək
Vilayət Eyvazovdan general-mayor Mirqafar Seyidovla bağlı ƏMR
Mirqafar Seyidov işdən çıxarıldı
Nazir generalın qardaşını Mirqafar Seyidova müavin TƏYİN ETDİ
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat