Bu gün də  şirkətin üzərində  Ramiz Mehdiyevin kölgəsi dolaşır....

Özünü  bütün reklamlarda Allah qoymasa  Qafqazın ən böyük metallurgiya şirkəti  adlandıran “Baku Steel Company”  əslində sovet dövründən qalan  bütün zavod və fabriklərin metalını ucuz qiymətə xaricə satmaqla məşğul idi. 
Bundan əlavə  bu şirkət  ölkədə bir cinayətkar şəbəkə yaratmışdı. Kimsə, köhnə zavodlardan tonlarla metal oğurlayırdı, kimsə  qaz turbalarını, kimsə  su turbalarını, kimsə işıq kabellərini, kimsə də....qonşunun qapısından köhnə kondisioner, qazan  oğurlayıb  bu şirkətə  satırdı.
Yəni sözün həqiqi mənasında mütəşəkkil cinayətkar dəstə idi. 
Sonra vergidən yayınırdı,  Gömrük  postundan keçəndə xammalı  hazır məhsul kimi qeydə alıb milyonlarla dövlət büdcəsinə ziyan vururdu...
Bu  doğrudan da Qafqazda ən böyük cinayətkar şəbəkə idi. Və başında  Ramiz Mehdiyev dayanmışdı.  
Əlbəttə, Ramiz Mehdiyev gedib  şirkətdə metal qəbul etmirdi, ya da direktor deyildi. Amma onun ən inandığı adam olan, ailəsinin yaxın dostu Rasim Məmmədov  şirkətin direktoru idi. 
Sonda nə oldu..? 
“Baku Steel Company” MMC-nin Müşahidə şurasının sədri Məmmədov Rasim Hikmət oğlunun tutduğu vəzifədən irəli gələn səlahiyyətlərdən sui-istifadə edərək ölkə ərazisində metallurgiya sənayesinin inkişafına, fiziki və hüquqi şəxslərin hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran qanunsuz əməllərə yol verməsi ilə bağlı faktlara dair daxil olmuş məlumatlar Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən araşdırıldı. 
Və  başlanılmış cinayət işi üzrə Rasim Məmmədovun müvafiq vəzifədə işlədiyi dövrdə öz səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib rəsmiləşdirilmiş satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə, bu əməlləri ilə “Baku Steel Company” MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmasına, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib təkrar dələduzluq əməllərini törətməsinə əsaslı şübhələr müəyyən olundu.
Rasim Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçildi. 
Beləliklə  cəmiyyətdə  belə bir fikir yarandı ki, “Baku Steel Company” Ramiz Mehdiyevin nəzarətindən çıxarıldı. 
Ramiz Mehdiyevin şirkətin keçmiş  sahibi  Böyük Britaniya vətəndaşı Paolo Pərvizin ölkədən didərgin salması da cəmiyyətin yaxşı yadındadır. 
Amma baş verənləri diqqətlə  təhlil edəndə məlum olur ki,  keçmiş direktor Rasim Məmmədovun  adamları yenə şirkətdə at oynadırlar, yenə  meydan sulayırlar, yenə saxta məhsul qəbulu, yenə vergidən yayınma  və s. 
Bəli, nə qədər qəribə görünsə də  yenə də Ramiz Mehdiyevin əli  “Baku Steel Company” şirkətinin üzərindədir. Amma bir şeyi nəzərə çatdırmaq lazımdır ki, "Baku Steel Company" bu gün istehsalla yanaşı əlavə məhsul ehtiyyatı saxlamağı bacarmalıdır. Onu da bilməlidir ki, hər an, hər dəqiqə azad olunmuş torpaqlarımız üçün milyon tonlarla qara metallazım ola bilər. "Baku Steel Company" nin rəhbərliyi elə bilir ki, bir gündə "əlavə istehsal"dan heç kimin xəbəri yoxdur. Bu növbəti yazının mövzusudur. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/скачать dle 12.1