Əli ilə Ağabəyin qanqohumluğu
Prezidentin sabiq köməkçisi, hazırda Almaniyada ürəyindən müalicə alan ( Allah məsləhət bilsə, şəfa versin ) Əli Həsənovun kimliyi barədə danışmağa ehtiyac yoxdur. 

Bütün cəmiyyət onu tanıyır. 

Bəs Ağabəy Əsgərov kimdir ?

Ağabəy Əsgərov haqqında mərhum siyasətçilərdən biri MÖHÜR-BƏND vurub, yəni möhürünü basıb. Ağabəy Əsgərovun uşaqlığı Sovet-İran sərhəddinə yaxın yerdə keçib. Və “poqranvoyska”da çalışanlarla, yəni sərhədçi ZABİTlərlə qan qohumluğu var. Ona görə də özünü ZABİT-əli aparır. Ağabəy Əsgərovun o boyda nəşriyyatı özəlləşdirməsi, çörək sexi, tort sexi açması, avtoqarajları özününküləşdirməsi və s haqqında dövrü mətbuatda kifayət qədər yazılıb. Təkrara ehtiyac yoxdur. Təsəvvür edirsiniz sovet dövründə Heydər Əliyevin şəxsi təşəbbüsü ilə tikilən, o dövrün ən gözəl və arxitektura binalarından biri olan “Kommunist” nəşriyyatından bu gün “sidik-peşav” iyi gəlir. Niyə ? Axı, son 20—25 ildə Bakının ən xosma binaları yenidən quruldu, daxmalar abadlaşdırıldı və s. Bəs necə oldu ki, dövrünün ən möhtəşəm binası olan Kommunist, indiki Azərbaycan Nəşriyyatı bu günə qaldı? Niyə ? Təsəvvür edin pilləkənlər əyyaşın dişlərinə oxşayır, qırıx-qurux, liftlərə minməyə adam iyrənir, divarlar, otaqlar rüsvayçı gündə. Məqsəd nə idi ? Əli Həsənovla Ağabəy Əsgərov öz aralarında razılığa gəlmişdirlər ki, dövlətin balansında olan bu binanı elə günə qoymalıyıq ki, sökülməkdən başqa variant qalmasın. Bəli, şəhərin ən gözəl yerində yerləşən bu binanı sökmək və yerində möhtəşəm GÖYDƏLƏN ucaltmaq. Və satılan mənzillərin pulu Ağabəy bəyin  və Əli bəyin cibinə girsin. Bax, əsas niyyət bu idi. Atalar pis niyyət adama deyir ki, niyyətin başında çatlasın. Və çatladı. Bir vacib məsələni də qeyd edək. Ağabəy Əsgərovla Əli Həsənovun mənəvi-əxlaqi qohumluğu da var. Bu barədə növbəti yazıda. Növbəti yazıda Ağabəyin sağ əli olan, serjantlıqdan Nəşriyyatın təsərrüfat şöbəsinin müdiri postuna keçən Etibar Hümbətovun əməllərindən bəhs edəcəyik.
''GÜNDƏLİK BAKI''-nın ARAŞDIRMA QRUPU(gundelik-baku.com) скачать dle 12.1