Prezidentin  sabiq  köməkçisi  Əli Həsənovla  “Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərovun işbirliyi, göydələn biznesi barədə gundelik-baku.com-un yazısından  heç bir gün də keçmədi və Ağabəy Əsgərov danışmağa başladı. 
Gundelik-baku.com-un yazısında  Həsənovla  Əsgərovun məhz tikinti biznesindən bəhs etmişdik. 
Azərbaycan nəşriyyatı kimi möhtəşəm binanın az qala “ayaq yolu”  kimi saxlanmasının əsas səbəbi, gələcəkdə binanı söküb yerində göydələn ucaltmaq Əli Həsənovla  Ağabəy Əsgərovun  ortaq biznes layihəsi idi. 
Ağabəy Əsgərovun o boyda nəşriyyatı özəlləşdirməsi, çörək sexi, tort sexi açması, avtoqarajları özününküləşdirməsi və s haqqında da  yazmışdıq. 
Ağabəyin sağ əli, “kassiri” olan  serjantlıqdan Nəşriyyatın təsərrüfat şöbəsinin müdiri postuna keçən Etibar Hümbətovun əməllərinə də toxunmuşduq. Cəmi 1 gün əvvəl. 
Bu gün Ağabəy mediaya açıqlama verərək  qeyd edir ki, Məni AMEA prezidenti  Ramiz Mehdiyevin adamı hesab edənlər səhv  edir:” Mən dövlətçiliyə, Ulu öndər Heydər Əliyevə və cənab Prezident İlham Əliyevə xidmət etmişəm. Bu gün də onlara xidmət edirəm”.  
Bir soruşan yoxdur ki, ay Ağabəy, sən başının üstündən Ramiz Mehdiyevin  şəkilini asanda  sənə irad bildirən baş redaktoru nə tez unutdun ? 
Sən nə vaxtdan Əliyevçi olmusan ? O boyda nəşriyyatın ərazisini  sot-sot satdırmaq, 250 min manat alıb kimlərəsə yer vermək, nəşriyyatı  quşxanaya çevirmək məgər dövlərçilikdirmi ? 
Ağabəy Əsgərov deyib: “Məgər nəşriyyatın binası mənim dədəmin, babamındır ki, kiməsə verim? O vaxtı dövlət tərəfindən elə məsələhət olub və nəşriyyatın ərazisindən Əli Həsənova yer verilib. Əli Həsənov həmin ərazidə mətbuat evi tikib. Yenə deyirəm ki, onu Əli Həsənova mən verməmişəm, dövlət tərəfindən verilib. Axı mən kiməm ki, Əli Həsənova ərazi verim? Ora mənim dədəmin, babamın yeri deyil. Bu məsələnin mənə heç bir bağlılığı yoxdur”.
Ayy Ağabəy müəllim, sənin babanın heç birmərtəbəli daxması da olmayıb. Əlbəttə, nəşriyyatın binası və ərazisi sənin dədənin deyil. Amma oranı öz dədə-baba mülkün kimi idarə etmisən, çörək sexinə, tort sexinə satmısan, avtoqarajları özününküləşdirmisən, ərazinin torpağını  satmısan. Bütün bunları təsdiq edən sənədlər var və bütün sənədlərdə  sənin mübarək olmayan imzan və möhürün.
Bunları necə inkar edə bilərsən ? 
Bütün bunların pulunu  “xozotdelin”  müdiri  Etibar  Hümbətov yığıb  sənə gətirmirdi ? Bunu bütün nəşriyyat əhli bilir. 
Cənab Ağabəy Əsgərov ! Düymə basılan kimi dalınca maskalılar gələcək. Onda hər şeyi etiraf edərsən.скачать dle 12.1