Şirvanda dükan-bazar açıldıqdan və sahibkarlar uzun müddət fasilədən sonra fəaliyyətə başladıqdan sonra daha bir problemlə üzləşiblər. Belə ki, karantin qaydalarına nəzarət adı altında Şirvan şəhər İcra Hakimiyyətinin nümayəndələri polis müşaiyyəti olə obyektlərə girir, əsaslı səbəb olmadan sahibkarları iri məbləğlərdə cərimələməklə təhdid edirlər.
Şirvandan aldığımız məlumata görə Şirvan şəhər İcra Hakimiyyətinin əməkdaşlarının bu reydləri başçı İlqar Abbasovun burbaça göstərişi ilə həyata keçirilir və sahibkarlar iddia edirlər ki, məqsəd heç də karantin rejiminə nəzatəri həyata keçirmək deyil, rəsmi və ya qeyri rəsmi şəkildə sahibkarlardan pul toplamaqdan ibatərdir.
Bakısəsinə müraciət edən sahibkarlardan biri qeyd edib ki, ona 1000 manat cərimə yazılıb. Bundan əvvəl isə ondan qeyri-rəsmi şəkildə pul tələb olunub.
Uzun müddət fəaliyyət göstərə bilməyən sahibkar bildirib ki, aylardır gəlirdən məhrum olmalarına baxmayaraq, icra hakimiyyəti əməkdaşlarının bu tələblərini sadəcə başa düşə bilmirlər. Başqa bir sahibkar isə PİA.az-a bildirib ki, Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun qəsdi abadlıq-yenidən qurma işlərini sahibkarların boynuna yükləmək və büdcəədən bunun üçün ayrılan pulları mənimsəməkdir.
Qeyd edək ki, anoloji məlumat bir neçə gün əvvəl “Facebook” sosial şəbəkəsində, “Bizim Şirvan” səhifəsində də paylaşılıb. PİA.az həmin paylaşımı da oxucularının diqqətinə cəlb edir:
“Şirvanda koronavirus tədbirləri bəhanəsi ilə paltar, ayaqqabı mağazalarını cərimələyirlər. Məqsəd icra hakimiyyətinin büdcəsini doldurmaqdır. Kim ki, pul vermir, koronavirus tədbiri adı ilə obyektinə basqın edib, ağızlarına gələni yazıb, cərimələyirlər.
İcra hakimiyyətinin rəsmi məlumatına görə, Şirvan şəhər Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin müvafiq maddəsi ilə inzibati xəta törətmiş 10 sahibkara 1000 manat məbləğində cərimə yazılıb. Bu adamlar pandemiya dövründə bir qara qəpiyin yiyəsi olmayıblar. Malları borcla götürüblər, banklara borcları var. Sezon bitir, ancaq sezon mallarından hələ də sata bilməyiblər.
Adlarını taq etdiyimiz dövlət orqanları, xahiş edirik, bu barədə ölçü götürəsiz. Bu adamlar sahibkarları dövlətdən incik salırlar. Rayonda abadlıq-quruculuq adı ilə gördükləri işin xərcini sahibkarlara yükləyirlər. Bəsdirin! Camaatı BEZDİRMƏYİN!!!!
İlqar Abbasov Şirvanda “karantin vergisi” yığır? – Sahibkarlardan başçıya ittiham..
09
sentyabr
14:26

Qarabağ
KOMMENTLƏR
Naftalan icra başçısı çətin durumda - Saxta arayış məsələsinə görə
Gündəlik Bakı qəzetinin Şirvan şəhərində qaldırdığı məsələyə dərhal reaksiya verildi
Sirvan Şəhər İcra Hakimiyyətinin Başçısı İlqar Abbasov işçisinin əxlaqsız təkliflərinə niyə susur?-VİDEOFAKT
Şirvanda qaynı qızı ilə evlənən kişi həbs edildi
Gəncədə karantin rejimini pozan sakinlərə protokol tərtib edilib
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər