Son günlər mətbuatda yayılan xəbərlərdən bəlli olur ki, Prezidentin  sabiq köməkçisi Əli Həsənovun uzun illər icarə pulu  yığdığı  otaqlar, binalar bundan sonra Azərbaycan nəşriyyatının direktoru   Ağabəy Əsgərovun kurasiyasına veriləcək. Əslində Ağabəy Əsgərovun nə materialı, nədə fakturası Əli Həsənovdan fərqlənmir. Əli Həsənovun elədiyi əməlləri bundan sonra Ağabəy Əsgərovun etməyəcəyi sual altındadır. 
Əslində edib də. Bəli, birbaşa Prezident Aparatının nəzdində olan Azərbaycan Nəşriyyatının gününə gedin baxın. Guya Ağabəy Əsgərov orda az sayda otaqları, mərtəbələri icarəyə verib ? 
Ağabəy Əsəgrov sonuncu açıqlamasında deyir ki, bura mənim atamın, babamın deyil ki, kiməsə verim..?
Cənab Ağabəy Əsgərov adam ata-babasının mülki ilə belə davranmaz. Sizlər Azərbaycan (a) Nəşriyyatına KVARTİRANT –KİRAYƏ kimi baxırsınız.  
Yaxşı Əsgərov, BMM məsələsinə  ağzucu  olsa da guya aydınlıq gətirirsən. 
Bəs, Əli Həsənovun  KASPİ-sinə ayrılan 4 mərtəbədən niyə danışmırsan ? 
Biz bütün  bunları və daha artıq məlumatları sənin “xozotdel” in Etibarın dilindən eşitmişiksə,  sən bunları necə bilməyə bilərsən axı, Ağabəy bəy? 
Cənab Əsgərov ! 
İndi mətbuata  dediklərini illər öncə guya bilmirdin ? 
Və  bu əməllərin sahibi təkcə Əli Həsənov deyil. 
Səni də eyni aqibət  gözləyir ? 
Atalar deyib ki, dostunu mənə göstər sənin həqiqi kimliyini deyim. İndi dostun Əli həsənovun tapşırığı ilə  vaxtilə Nəşriyyatın otaqlarını nəyə çevirdiyini nə tez unutdun..? Gecələr oradan çıxan bahalı avtomobil  sahiblərini də tanımırsan ?
Azərbaycan mediasını  dostun Əli bəy ilə az qala dədə malı kimi işlədirdiniz. Daha nələr yazaq ki, başa düşəsiniz ki, sizin qatarınız gedib..
Həə, yerigəlmişkən,  dostun Etibarın da əməlləri üzə çıxıb.. 
Bunu saxlayaq növbəti yazıya.
''GÜNDƏLİK BAKI''nın ARAŞDIRMA QRUPU(gundelik-baku.com)скачать dle 12.1