Bəzi meyvə və tərəvəzlərin çürüməsinin qarşısını almaq və uzun müddət təravətli qalmasını təmin etmək məqsədi ilə müxtəlif növdə kimyəvi maddələr istifadə olunur. Ancaq bu kimyəvi maddələr meyvə və tərəvəzlərdə özünü müxtəlif şəkildə biruzə verir.
Eurasia Diary Yenicag.az-a istinadən meyvə və tərəvəzlərdə kimyəvi maddələrin olub-olmadığını anlamaq üçün bir neçə üsul təqdim edir:
POMİDOR – Yay aylarının ən çox istifadə edilən tərəvəzlərindən biridir. Pomidorun dərmanlı olub-olmadığını anlamaq çox asandır. Xüsusilə qışda yeyilən pomidorlar sağlamlıq baxımından təhlükəlidir. Əgər pomidorun qabığının süni göründüyünü düşünürsünüzsə, üzərində ağ cizgilərin fərqinə varırsınızsa, deməli bu qidada nitrat turşusu var.
KARTOF – Əgər kartofun üzərində çoxlu yumrular varsa, içərisində qaralmalar çoxdursa, bu, onun kimyəvi dərmana çox məruz qaldığını göstərir.
BALQABAQ – Qış mövsümündə ən çox istifadə olunan balqabaq da dərmana məruz qala bilər. Əgər qabığının üzəri çıxıntısızdırsa, bu onun dərmana məruz qalmadığını göstərir. Əksinə üzərində lifə bənzər əyri cizgiləri ya da qara ləkələri varsa, deməli dərman istifadə olunub.
XİYAR – Pomidor kimi xiyar da yay aylarında ən çox istifadə olunan tərəvəzdir. Mövsümündə yeyilməyən və içərisində toxumu olmayan yumşaq xiyarlar sağlamlıq baxımından təhlükəlidir.
Tərəvəzlərdə kimyəvi məhsul olub-olmadığını
23
may
20:00

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat