“Ermənistanla Azərbaycan arasında artıq sülhdən danışmaq lazım deyil, çünki müharibənin də öz qaydaları olmalıdır. Bu qaydalar Cenevrə konvensiyaları və onlara əlavə protokollarla müəyyən edilib. Qaydalara və protokollara əsasən, hərbi əməliyyatlar zamanı mülki obyektlər və dinc şəhərlər toxunulmazdır”.
Bakısəsi xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko “Anastasiya Lavrina ilə xüsusi buraxılış” verilişində deyib.
Onun sözlərinə görə, döyüş əməliyyatlarının bilavasitə cəbhədə aparılması ilə cəbhə xəttindən uzaqda yerləşən dinc şəhərlərə raket hücumu fərqli məsələlərdir:
“İrəvan beynəlxalq humanitar hüquq normalarına və bütün bəşəriyyətə qarşı növbəti hərbi cinayət törədib. Bu əmələ heç cür haqq qazandırmaq olmur. Əsas odur ki, bu əmrlərin kim tərəfindən verildiyini və kim tərəfindən yerinə yetirildiyini müəyyənləşdirək, çünki bu, cinayətkar əmrlərdir. Əvvəlcə Gəncədə, indi isə Bərdədə baş vermiş hadisələrə dair əmr verən erməni hərbçiləri və siyasətçiləri hərbi cinayətkarlardır”.
Ekspert vurğulayıb ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir: “Üç atəşkəs elan olunmuşdu və onların hər biri İrəvan tərəfindən pozuldu. Odur ki, hər hansı danışıqların irəliləyişinə inanmaq çətindir”.
Korotçenko qeyd edib ki, Azərbaycan Ordusunun Laçını, xüsusilə də Laçın dəhlizini nəzarətə götürməsi döyüş əməliyyatlarında dönüş nöqtəsi olacaq: “Azərbaycanın hərbi komandanlığının taktikası çox düşünülüb. Burada heç kim əsgərləri ölümə göndərmir. Hər şeydən əvvəl yüksək dəqiqliyə malik müasir silahlardan istifadə olunur ki, bu da maksimum uğur əldə etməyə imkan verir, eləcə də dinc əhali arasında itkiləri minimuma endirir. Laçın dəhlizi nəzarətə götürüləndən sonra Ermənistan Qarabağda hərbi qruplaşmalarının təchizat yolunu itirəcək. Məhz o zaman İrəvan mövcud reallıqları dərk edəcək”.
“Laçın azad edilərsə, o zaman İrəvan…”
30
oktyabr
09:30

Qarabağ
KOMMENTLƏR
Cəbhəyanı bölgələrdə iri obyektlər bağlana bilər - ZƏRURİ...
“Paşinyan rejimi tam əsasla faşist adına layiqdir” - Yevgeni Mixaylov
Hikmət Hacıyev hərbi atteşeləri Bərdəyə səfər etməyə çağırıb
“Pavel Qraçov nazir təyin olunduqdan sonra Ermənistan ciddi dəstək qazandı” - Rusiyalı hərbi ekspert
Ordumuz Laçın dəhlizinə nəzarəti gücləndirdi
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat