Azərbaycanda fəaliyyət göstərən bir sıra supermarketlər və apteklər “Johnson & Johnson” şirkətinə məxsus məhsulları boykot etməyə başlayıb.
Artıq böyük marketlərin rəflərindən sözügedən məhsullar yığılıb.
Buna səbəb Mərkəzi ABŞ-da yerləşən şirkətin rəsmi “Twitter” hesabından qondarma Dağlıq Qarabağ qurumunun təbliğini həyata keçirən paylaşım etməsi olub. Azərbaycanın yerli parakəndəçiləri satışı dayandırmağın səbəbi kimi ölkəmizin ərazi bütövlüyünə hörmətsiz yanaşmanı göstərib. Belə ki, “Johnson & Johnson” korporasiyası Azərbaycanda müxtəlif növ gigiyena və sağlamlıq üçün dərman preparatları, həmçinin, məhsullarının satışını həyata keçirir.
“Rahat” supermarketlər şəbəkəsindən "MediaPost"a bildirildi ki, artıq “Johnson & Johnson” şirkətinə məxsus məhsullar rəflərdən yığışdırılıb və satışı dayanıb.
“Bravo” supermarketlər şəbəkəsindən isə artıq “Johnson & Johnson” şirkətinə məxsus məhsulların satışının dayandırıldığı deyildi.
“Araz” marketlər şəbəkəsi isə Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edən hər bir hərəkətə qarşı adekvat addımlar atılacağını və “Johnson & Johnson” şirkətinə məxsus məhsullara rəflərində yer olmadığını qeyd etdi.
“OBA” marketlər şəbəkəsindən isə redaksiyamıza bildirildi ki, yaxın vaxtda bu məhsulların satışı dayandırılacaq.
“Bizim Market” supermarket şəbəkəsi isə “MediaPost”a açıqlamasında, dünən şirkət tərəfindən imtina ilə bağlı hüquqi əsasların müəyyən edildiyi, daha sonra məhsulların satışının dayandırılması ilə bağlı qərar verildiyi deyildi.
Həmçinin "Zəfəran Aptek", "Günəbaxan Aptek", "aptekonline.az" və "Kanon Aptek"i kimi bir sıra apteklərin də boykota qoşulduğu və “Johnson & Johnson” məhsullarını rəflərdən yığdıqları bildilib.
Qeyd edək ki, “Johnson Johnson LLC” Azərbaycanda dəri üçün olan məhsullar - “Le Petit Marseillais”, “Clean Clear”, “Neutrogena Norveç Formulu”, “Johnson’s” məhsulları, uşaqlar üçün - “Desitin”, “Johnson's Baby” məhsulları, qadın gigiyenası üçün - “Carefree”, O.B. məhsulları, ağız boşluğu təmizliyi üçün - “Reach”, “Listerine”, “Metroqil Denta” məhsulları, mədə - bağırsaq preparatları – “İmodium”, “Микроклизма Микролакс” məhsulları, soyuqdəyməyə və qrip əlehinə - “Geksoral”, “Doktor MOM”, “Rinza”, “Tizin” məhsulları, digərləri – “Vizin”, “Nikorette” markaların satışını həyata keçirir.
Onu da bildirək ki, ciddi etirazla qarşılaşan “Johnson & Johnson” şirkəti bir müddət sonra qondarma rejimi təbliğ edən paylaşımı silib. Şirkət tərəfindən müharibə nəticəsində Azərbaycan və Ermənistanda zərər görmüş şəxslərə yardım ediləcəyi ilə bağlı yeni məlumat paylaşılıb.
Rəflərdən yığışdırılan “Johnson & Johnson” məhsulları - Böyük marketlər boykot edir
02
noyabr
10:37

Qarabağ
KOMMENTLƏR
Səfər Mehdiyevə ÇAĞIRIŞ - Xainlər elə gömrük qapıllarındaca BOYKOT EDİLSİN!
“Bolmart” təşəbbüsü dəstəklədi: “Johnson&Johnson” məhsullarını satışdan çıxarıldı - Foto
Üç sosial şəbəkə istifadəçilərinin şəxsi məlumatları sızdırılıb
Böyük Britaniya 90 milyon doza həcmində COVID-19 peyvəndi sifariş etdi
Bu məhsullar çox yeməyə və çəkinin artmasına
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat