"Qarabağ Azərbaycandır" paylaşımını silən və dövlətə meydan oxuyan "McDonalds Azərbaycan" barədə tanınmış ekspert Osman Gündüz maraqlı şərh paylaşıb. Şərhdə deyilir:
"Bir daha "McDonalds" və digər bu tip şirkətlərin Azərbaycan nümayəndəliklərinin rəhbərlərinin etdikləri hərəkətin yaratdığı məsuliyyət haqqında - Baş verən hadisə, fakt: "McDonalds" Azərbaycan ərazi bütövlüyümüzlə bağlı, hər hansı qanuna zidd olmayan, beynəlxalq normalara zidd olmayan paylaşımlar edir. ABŞ -da yerləşən, uzun illər Azərbaycana qarşı mübarizə aparan məşhur erməni lobbi təşkilatı - "ANCA"nın təpkisi ilə qlobal "McDonalds" şirkətinin məsul şəxsi bu qurumun Azərbaycan nümayədəliyinin məsul şəxsinə ərazi büyövlüyümüzlə bağlı paylaşımların Azərbaycan ərazisində yerləşən şirkətin saytından silinmısini tələb edib.
Tələb "McDonalds Azərbaycan" rəsmisi tərəfindən dərhal icra olunub və paylaşımlar silinib. "ANCA" bununla bağlı baş ofisə təşəkkürünü bildirib.
Cəmiyyyət dərhal baş verənlərə ciddi etirazını bildirib və boykot aksiyasına start verib.
İndiyədək bununla bağlı "McDonalds" tərəfindən hansısa rəsmi açıqlama və üzrxahlıq olmayıb və paylaşımlar bərpa edilməyib.
Odur ki , bunun hansı məsuliyyət yarada biləcəyini diqqətə çatdırıram ki, şirkətin məsul şəxsləri, onlara dəstək verən bəziləri, hətta buna etiraz edən çoxluğu "tupoy" adlandıranlar fərqində olsunlar ki, əslində nə baş verib. Yeri gəlmişkən, ötən günlər, Prezident İlham Əliyev alman jurnalistin sualına cavab verərkən bir daha "Qarabağ Azərbaycandır " ifadəsinin hansı məna kəsb etdiyini gözəl vurğulamışdı.
Beləliklə, bir daha qeyd etmək istərdim ki, baş verən hadisə, törədilən əməl, AR Cinayət Məcəlləsinə görə dövlət əleyhinə cinayət məsuliyyəti yarada bilər:
AR Cinayət Məcəlləsi, Dövlət əleyhinə cinayətlər:
Maddə 274. Dövlətə xəyanət (çıxarış)
Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı zərərinə törədilən əməl:
-Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə
-əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 10 ildən 15 ilə qədər azadlıqdan məhrum etmə."
Mövzunu davam etdirəcəyik
"McDonalds" dövlətə xəyanət maddəsi ilə ittiham olunmalı, əmlakı müsadirə edilməlidir" - EKSPERT
07
noyabr
15:03

Qarabağ
KOMMENTLƏR
"McDonalds"ın arxasındakı qurumdan AÇIQLAMA
“McDonalds” və “Papa Johns”insanların hədəfində - “Hamı bizi söyür“
“McDonalds“ın reklamları studiyam tərəfindən işlənilir“ - Azad Şabanov
“McDonald`s”, “Burger King” və “Papa John`s” Qarabağ paylaşımına görə boykot edilir - SƏN DƏ QOŞUL!!!
Restoranlar şəbəkəsinin keçmiş işçisi heç kimin xoşuna gəlməyəcək sirləri açdı - Video
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat