Xalq artisti Nazpəri Dostəliyeva bir vaxtlar qalmaqal yaşadığı, mərhum həmkarı İlhamə Quliyeva haqda açıqlama verib.
Bu barədə o, “Zaurla Günaydın” verilişində danışıb. Sənətçi deyib ki, Quliyevanın məzarına baş çəkib:
“Onu bir dəfə ziyarət etmişəm. Dəfələrlə yuxuda gördüm. Özü də əsəbi, günahkar kimi görünürdü. Dedi ki, Nazpəri, haqqını halal et. Oyandım, onun adına yasin oxudum. Bir müddət sonra ziyarət etməyə getdim. Yaxşı qadın, gözəl sənətkar idi. İlhamənin ağlına da gəlməzdi ki, onun haqqında nəsə danışım. Mən isə üzə tərifləyən adam deyiləm. Onun mahnılarını evdə zümzümə etmişəm, amma yazdırmamışam. “Yandım, elə yandım”ı sevirdim. Böyük mənuniyyətlə ifa edərdim. Amma istəmədim. Çünki kim mahnısını oxuyurdu, bir bəzək-düzək edirdi. O, vəfat edəndə mətbuatdan zəng etdilər, dedilər ki, İlhamə xanım dünyasını dəyişib, nə deyə bilərsiniz? Cavab verdim ki, düşünürəm ki, əgər İlhamə Quliyeva vəfat edibsə, deməli biz də ölə bilərik”.
“İlhamənin ağlına gəlməzdi ki, ondan danışaram”
22
oktyabr
12:01

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat