Ermənistanın Baş naziri Nikol Paşinyanın xanımı Anna Akopyanın ölkənin siyasi həyatına fəal müdaxiləsi erməni ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır.
Yenisabah.az xəbər verir ki, erməni mediası hətta onu sosialist diktatorların xanımların ilə müqayisə edir.
“Sputnik Armenia” yazır ki, Anna Akopyanın adının siyasi proseslərdə hallandırılması Paşinyanın qərarlar verərəkən ona nəzər salması ilə əlaqələndirilir.
Sayt tarixdə belə nümunələrin çox olduğunu yazaraq bəzilərini təqdim edib:
“Yelena Çauşevski. Rumıniya Prezidenti Nikolay Çauşevskinin (1974-1989-cu illərdə ölkəyə rəhbərlik edib) xanımı. O, həm də Baş nazirin müavini, Siyasi Büronun üzvü, Rumıniya Elmlər Akademiyasının rəhbəri və ölkənin ən iri kimya şirkətinin rəhbəri idi.
Yovanka Broz. Yuqoslaviya Prezidenti İosif Broz Titonun (1953-1980-ci illərdə ölkəyə rəhbərlik edib) xanımı. Rəsmi vəzifəsi olmasa da, 11 nazirdən 10-nu qovub. Yovanka Brozun faəliyyəti ölkə onun davranışına həsr olunmuş 59 müşavirə keçirilməsinə səbəb olub. İş o yerə çatmışdı ki, 1974-cü ildə əri Tito “Yoldaş Yovankanın işi”nin araşdırılması üçün xüsusi komissiya yaradıb.
Məlumat üçün deyək ki, Yelena Çauşevski güllələnib, Yovanka Broz isə həyatının 25 ilini ev dustaqlığında keçirib.
Erməni mediasının Anna Akopyanı bu xanımlarla müqayisə etməsi Baş nazirin həyat yoldaşına incə mesaj da sayıla da bilər. Nəzərə almaq lazımdır ki, Rusiyanın media layihəsi olan “Sputnik” agentliyinin rəhbəri erməni əsilli Marqarita Simonyan Paşinyan hakimiyyətinin qatı əleyhdarlarından hesab edilir.
Anna Akopyanı güllələnmiş birinci xanımla müqayisə etdilər – Paşinyana gizli mesaj
24
noyabr
13:40

Qarabağ
KOMMENTLƏR
“Anna Akopyana dedim ki, söyüş söyürlər, ayıbdır” – General Paşinyanın arvadına nələr deyib?
General Paşinyanın həyat yoldaşına irad bildirdiyinə görə işdən çıxarılıbmış
Ermənistanın faktiki baş naziri Anna olub? – Sensasion məktub
Paşinyanın arvadı yeni şou göstərdi - Fotolar
Paşinyanın həyat yoldaşı “COVID-19” üçün ayrılan pula silah alır? – "Hraparak" qəzeti
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat