Bu gün insan alveri ilə məşğul olanların başında dayananlardan biri də Əli Kərimlidir.
“Ölkə.Az” xəbər verir ki,  bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı deyib. 
 Onun sözlərinə görə, bu gün insan alverinin müxtəlif sahələri var və miqrant məsələsi də insan alverinin bir növüdür.
“Hansı ki, Azərbaycanda bəzi siyasi partiyalar miqrant alveri ilə məşğul olur. Bu alverin başında duranlardan biri də Əli Kərimlidir. Əli Kərimli saxta sənədlərlə insanları Avropa ölkələrinə satır. Bunlar təkcə qadınları deyil. Miqrant adı altında kişiləri də Avropaya satır. Siyasi partiyalarda olan bəzi ünsürlər günahı bir-birinin üzərinə atır. Milli Koordinatorun gələcək hesabatalarında bunlar da öz yerini almalıdır. Azərbaycan xalqı digər insan alverçiləri ilə yanaşı miqrant alveri ilə məşğul olanları da tanımalıdır”- S. Novruzov bildirib.скачать dle 12.1