Belarusun müxalifət siyasətçisi Svetlana Tixanovskaya mübahisəli seçkidən sonra ölkəyə rəhbərlik etməyə hazır olduğunu deyib.
Avqustun 16-da "YouTube"-da yerləşdirdiyi videomüraciətdə Tixanovskaya yeni ədalətli seçkinin keçirilməsini təmin edəcək hüquqi çərçivə yaratmağa çağırıb. Rəsmi seçki orqanının 80 faiz səslə qalib elan etdiyi Lukaşenko isə bu təklifi dərhal rədd edib.
37 yaşlı Tsikhanouskaya hazırda Litvadadır, videobloqer ərinin həbsindən sonra seçkiyə qatılıb. O deyib ki, təhlükəsizlik və hüquq-mühafizəəməkdaşları Lukaşenko hökumətini tərk edərək tərəf dəyişərlərsə onların keçmiş davranışı bağışlana bilər.
“Ölkənin sakitləşməsi və normal ritmə dönməsi üçün məsuliyyət götürərək milli lider kimi hərəkət etməyə hazıram”, – Tixanovskaya avqustun 16-da "YouTube" sosial şəbəkəsində yerləşdirdiyi videomüraciətdə deyib.
Lukaşenko isə hakimiyyətdə qalmaq əzmindən əl çəkmir, avqustun 17-də vertolyotla "Minsk təkərli dartıcılar" zavoduna gedib.
Belarusda baş verənlərə region ölkələrindən reaksiyalar gəlməkdədir. Polşa avqustun 17-də bəyan edib ki, Belarusla sərhədin monitorinqini aparır. Bu həftə Belarus ordusu Polşa və Litvayla həmsərhəd Qrodno regionunda təlimlər planlaşdırır.
Britaniyanın Xarici işlər naziri Dominik Raab avqustun 17-də bəyan edib ki, Lukaşenkonun təkrar seçilməsi saxtadır və Britaniya hökuməti seçkinin nəticələrini qəbul etməyəcək. “Bu saxta prezident seçkisindən sonra Belarus hakimiyyətinin dinc etirazçıları boğmaqdan ötrü əl atdığı zorakılığ dünya dəhşətlə izləyib”, – o vurğulayıb. “Britaniya nəticələri tanımır”, – nazir bəyan edib. (azadliq.org)
“"Belarusa rəhbərlik etməyə hazıram” - Tixanovskaya əhaliyə müraciət etdi
17
avqust
15:29

Qarabağ
KOMMENTLƏR
Lukaşenkonu zavodda “Çıx get!” şüarları ilə qarşıladılar - Video
Belarusun “Janna Darkı”: "Milli lider olmağa hazıram” – Videomüraciət
Avropa İttifaqı “qara siyahı” hazırlayır - Belarusa sanksiyalar tətbiq olunacaq
Lukaşenkonun rəqibi vətəndaşlara müraciət etdi
Putin Lukaşenko ilə görüşməyə tələsmir
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat