Belarusun Jodino şəhərində yerli “Sfera” telekanalının fəaliyyəti dayandırılıb, onun rəhbəri Elşad Əkbərov (əslən azərbaycanlıdır-red.) işdən çıxarılıb.
Musavat.com xarici agentliklərə saytına istinadən xəbər verir ki, bu barədə “Ex-press.by” saytında məlumat yayılıb.
Xəbərdə Elşad Əkbərovun uzaqlaşdırlmasına əsas səbəb olaraq piketlərin zorla dağıdılması görüntülərinin, habelə Belarusdakı situasiya barədə xarici politoloqların fikirlərin rəylərinin efirə getməsi olub.
“Uzun illər boyunca biz kanalımızda “senzuralı “kadrları göstərdik. Onların böyük hissəsi ölkəmizdəki “gözəl həyata” həsr olunurdu. Bizim proqramlarımız üzərində ideoloji senzura heç vaxt səngiməyib”,-deyə Elşad Əkbərov bildirib. Onun sözlərinə görə, seçkiqabağı kampaniya dövründə kanalın əməkdaşları düzgün reportajlar yayımlaya bilməyiblər. Seçkidən sonrakı siyasi situasiya barədə hər hansı proqramdan isə söhbət belə gedə bilməzdi.
Elşad Əkbərov hələ seçkilərdən öncə efirdə Viktor Tsoyun “Peremen” (Dəyişiklik-red.) mahnısının getməsinə görə kanalın siyasət şöbəsinin qalmaqal yaratdığını qeyd edib. “Bizimlə bağlı yuxarıların səbrini daşıran son damla “BelAZ” işçilərinin mitinqi zamanı şəhər icraiyyə komitəsinin sədri Dmitri Zablotskinin olduqca aciz duruma düşməsi və onun telekanalda görüntülənməsi oldu”,-deyə keçmiş direktor sayta danışıb.
Belarusda etirazların dağıdılmasını göstərən telekanalın fəaliyyəti dayandırıldı
18
avqust
16:45

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat