“MED-7 (Fransa, Malta, İtalya, İspaniya, Portuqaliya, Yunanıstan və Cənubi Kipr) zirvəsində qəbul edilən bəyanatda Şərqi Aralıq və Kipr məsələsi ilə bağlı ifadələrin hüquqi əsası yoxdur”.
Bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib.
O, Yunanıstanı beynəlxalq hüquqa və dəniz yurisdiksiyasına qarşı iddialarından imtinaya dəvət edib: “Gərginliyin azaldılması üçün yunanlar Türkiyənin “Oruc Rəis” gəmisinin ətrafından freqatları geri çəkməli, Meis daxil olmaqla, Egey dənizindəki adaları silahlandırmaqdan imtina etməli və Qərbi Trakyada türklərə qarşı artan təzyiqlərə son verməlidir. Türkiyə Aralıq dənizinin şərq hissəsində ən uzun sahili olan və Avropa Birliyi üzvlüyünə namizəd ölkədir. Yunanıstanın qeyri-şərtsiz Türkiyə ilə masaya oturması, Kiprin yunan və türk əhalisi karbohidrogen ehtiyatlarının axtarışı və istismarı üçün əməkdaşlıq etməsi vacibdir. Həmrəylik düzgünlüklə olur. Haqsızla həmrəylik olmaz”.
Qeyd edək ki, Korsikada Fransa, Malta, İtalya, İspaniya, Portuqaliya, Yunanıstan və Cənubi Kiprin iştirakı ilə toplantı keçirilib. Toplantıda Türkiyə tərəfindən guya suverenliyi pozulan Yunanıstan və Cənubi Kiprə dəstək ifadə edilib, 24-25 sentyabrda keçiriləcək AB zirvə toplantısında Türkiyəyə qarşı sanksiyanın görülə biləcəyi xatırladılıb
7 dövlət Türkiyəyə qarşı birləşdi
11
sentyabr
20:58

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat