Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan Misirə səfər edib.
Səfər Şərqi Aralıq dənizində Türkiyə ilə Yunanıstan və Kipr arasında yaşanan gərginlik fonunda ortaya çıxıb. Sərhəd mübahisəsində Yunanıstanı dəstəkləyən rəsmi Qahirə Baş Qərargah rəisi Əbdülfəttah əs-Sisinin hərbi çevriliş yolu ilə hakimiyyətə gəlməsindən sonra Türkiyə ilə münasibətlərdə ciddi soyuqluq yaşayır.
Türkiyəyə qarşı birləşən Yunanıstan, Kipr, Fransa, Birləşmiş Ərəb Əmirlikləri və Misirin yer aldığı koalisiyaya qoşulmaq istəyən Ermənistan Aralıq dənizində yaşanan gərginliyi özünə fürsət bilib.
Qahirədə misirli həmkarı Sameh Şükri ilə birgə mətbuat konfransı keçirən Zoqrab Mnastakanyan Türkiyə və Azərbaycana qarşı yenə böhtan xarakterli mesajlar verib. “Biz Şərqi Aralıq dənizində baş verən hadisələri diqqətlə izləyirik və bundan əvvəl, Yunanıstan və Kiprə öz iqtisadi zonalarında fəaliyyət göstərmələrinə tam dəstək ifadə etmişik. Eyni zamanda, Misir dövlərinə də öz dəstəyimizi ifadə etmək istərdim” - deyə Ermənistan xarici işlər naziri Türkiyəyə qarşı yer aldığını ifadə edib.
Erməni nazir mətbuat kampaniyasını daha bir qarayaxma kampaniyası üçün fürsət bilib. Mnatsakanyan reallıqla əlaqəsi olmayan və erməni mediasının ortaya atdığı “Azərbaycana Suriyadan silahlı birləşmələr gətirilir” tezisini təkrarlayaraq, Türkiyənin Yaxın Şərq, Şimali Afrika, Balkan və Cənubi Qafqaz regionunda stabilliyi pozmağa çalışdığını iddia edib.
Beləliklə, iyulda Tovuz döyüşlərindən sonra diplomatik izolyasiyaya düşən və beynəlxalq münasibətlər sistemində faktiki olaraq, sıfır səviyyəsində çəkiyə malik rəmsi Yerevan Türkiyəyə qarşı koalsiyada yer almaqla siyasi gediş etməyi planlayır.
Bununla da, beynəlxalq arenada, mətbuatda Azərbaycan və Türkiyəyə qarşı yalan kampaniyasına başlayan Yerevan qardaş ölkələrə qarşı yeni çirkin oyuna başlayıb.
Yerevan Bakı və Ankaraya qarşı yeni çirkin oyuna BAŞLADI
14
sentyabr
16:49

Qarabağ
KOMMENTLƏR
7 dövlət Türkiyəyə qarşı birləşdi
Yunanıstan Türkiyə yaxınlığındakı daha bir adaya qoşun yeridib
Üç ölkə Türkiyəyə qarşı birləşdi
Türkiyə Azərbaycanı Aralıq dənizinə dəvət edir
TÜRKİYƏ İSRAİLLƏ ƏLAQƏLƏRİNİ YENİDƏN BƏRPA EDİR:Şərqi Aralıq dənizində qurulan yeni geopolitik balans nələri dəyişəcək? - TƏHLİL
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat