"Ermənistanın hakimiyyət orqanlarının suriyalı erməniləri işğal olunmuş ərazilərdə məskunlaşdırması həyasızlıqdır. Səmimi desəm, bu fakt məni heyrətləndirməyib. Burada başqa bir aspekt əhəmiyyətlidir. Azərbaycan tərəfi Ermənistanın beynəlxalq hüququ pozmasına dair növbəti sübutlar əldə edib. Bu sübutlar Azərbaycana vurulmuş ziyanın müqabilində gələcəkdə kompensasiya almaq məqsədilə rəsmi Yerevanı beynəlxalq məhkəmələrdə məsuliyyətə cəlb etməyə imkan verə bilər".
Bunu Ukrayna Politoloqlar Assosiasiyasının eksperti Rinat Kovbasyuk söyləyib.
Ekspert qeyd edib ki, suriyalı ermənilərin həm Ermənistana, həm də Qarabağa miqrasiyası barədə müxtəlif mənbələrdə dəfələrlə söhbət açılıb. Lakin əksər hallarda suriyalı ermənilər hərbi əməliyyatlarda iştirak etmək istəmirlər, çünki onlar başa düşürlər ki, Yerevandakı hakimiyyət orqanları bu insanlardan əslində canlı sipər kimi istifadə etmək istəyirlər.
R.Kovbasyuk deyib: “Dinc dövrdə erməni icması kifayət qədər varlı idi. Suriyalı ermənilər arasında orta və iri biznesmenlər çoxdur, bunlar əsasən praqmatik insanlardır və “tarixi Vətən”ə gəlməklə, necə deyərlər, yağışdan çıxıb yağmura düşdüklərini anlamırlar. Buna görə də suriyalı ermənilər əksər hallarda həm Ermənistandan, həm də Dağlıq Qarabağdan perspektivdə daha çox inkişaf etmiş ölkələrə getmək üçün tranzit zona kimi istifadə edirlər. Bu səbəbdən suriyalı ermənilərin “tarixi Vətən”ə gəlmələrinin yeganə səbəbi müvafiq sənədlərin pulsuz rəsmiləşdirilməsi və çox qısa müddətdə vətəndaşlıq almaq imkanıdır. Lakin suriyalı miqrantlar istər Ermənistanda, istərsə də Azərbaycanın ermənilər tərəfindən talan edilmiş Qarabağ bölgəsində çoxsaylı iqtisadi problemlərlə üzləşirlər”.
Ekspertin sözlərinə görə, qətiyyətlə demək olar ki, Ermənistanın hakimiyyət orqanlarının suriyalı erməniləri cəlb etmək siyasəti tamamilə iflasa uğrayıb və praqmatik suriyalı ermənilərin üzləşdikləri gerçəklik onların əvvəlcə xəyalında canlandırdıqları perspektivləri alt-üst edib. (Azərtac)
“Yerevandakı hakimiyyət bu insanlardan canlı sipər kimi istifadə edir” - Ukraynalı ekspert
09
noyabr
01:55

Qarabağ
KOMMENTLƏR
Baş nazir MDB ölkələrinə çağırış etdi
Ermənilərin Azərbaycan tərəfdən döyüşdüyü dediyi terrorçu öz adamları çıxdı - Videofakt
“Balaca qızı qətlə yetirmiş canini sülh danışıqlarına çağırmağın nə mənası var?” - Ukraynalı ekspert
“Meyitlər Ermənistana aparılsa, hansı siyasi tufanın qopacağını proqnozlaşdırmaq çətin deyil” - deputat
“Azərbaycanla Türkiyənin güclənən hərbi müttəfiqliyi Ermənistan üçün kabus olmalıdır...”
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat