BakiSesi.com

Koronavirusu məhv edən tibbi maska yaradıldı

Tarix:26-07-2020, 14:57 | Oxunub: 282
Koronavirusu məhv edən tibbi maska yaradıldı
Portuqaliyanın paytaxtı Lissabonun Molekulyar Tibb İnstitutunun alimlər qrupu üzərinə düşən koronavirus hissəciklərini neytrallaşdırmağa qadir olan qoruyucu maska yaradıb.
“Bakı Səsi”nin məlumatına görə, bu barədə “La Razon” nəşri bildirib.
Tədqiqatçılar sınaqların gedişatında maskanı koronavirus molekullarının olduğu məhlula salıblar. Bu halda koronavirus molekullarından 99 faizi bir saat sonra öz xüsusiyyətlərini itirib.
Bu effektin suya davamlı bir neçə təbəqə və xüsusi örtüklü innovativ parça sayəsində əldə edildiyi qeyd olunur.
Alimlər bildiriblər ki, sarğıdan bir neçə dəfə istifadə etmək olar. Fransanın Paster İnstitutunda aparılan sınaqlar nəticəsində məlum olub ki, onu azı 50 dəfə yumaq olar.скачать dle 12.1