Əvvəllər  Zəngilan  rayonu  Gənclər  və İdman İdarəsinin rəisi işləmiş, hazırda  banklardan birində department rəhbəri olan  Nəcəfov  Zaur  İmran oğlunun paytaxtın  Nərimanov rayon İcra hakimiyyətinə  başçı gətirilməsi gündəmdədir. 
Görəsən, hərbi xidmətdə olmayan, əsgərlik nə olduğunu bilməyən bu şəxsə mühüm dövlət vəzifəsi necə həvalə edilir ?
Axı, neçə illərdir  müharibədə olan ölkədə nəinki döyüşə getməmək, hətta əsgərlikdən yayınmaq üçün  ciddi səbəblər olmalıdır. 
Bu adama nə üçün möhlət verilib ? 
Əgər  orduda xidmət üçün “neqodnu”dursa, bu da bəlli olmalıdır. 
Axı, söhbət mühüm dövlət vəzifəsindən gedir. 
Əgər bir şəxs  ordu üçün  “neqodnu”dursa, mühüm dövlət vəzifəsinə necə “qodnu”  ola bilər ? 
Məclislərdə “Mənim bacanağım hüquq-mühafizə orqanlarında mühüm vəzifə daşıyır…kimi istəsəm içəri basdıra bilərəm” deyən adam necə dövlət vəzifəsinə yaraya bilər ? 
Hüquq-mühafizə orqanlarında  çalışan həmin mühüm şəxs bizə yaxın olduğu üçün və etika xatirinə adını çəkmirik. 
Amma vəzifəli şəxsin adını orda-burda  hallandırmaq da etikadan çox uzaqdır. 
Hələ bu azmış kimi Zaur Nəcəfovun xalası oğlu Xaliq də hər yerdə deyir ki, rayonu əldən buraxmaq olmaz, KİM-ə nə  LAZIM-dırsa, verəcəm, məsələni həll edəcəm…
Ay  Xaliq! Deyəsən hər şeyə bazar qaydaları ilə baxırsan. 
Vəzifə, özü də mühüm dövlət vəzifəsi pulla satılmır e, alasan.    
Əgər, Prezidentin sizlərin  “alver” söhbətinizdən xəbəri olsa, bilirsən də səni nə gözləyir ? 
Tez-tez müharibədə xərclədiyin 400 min manatı da az qala hamının gözünə soxursan. Belə məsələdə minnət qoymaq, verdiyini dilə gətirmək adama başucalığı gətirməz. Sənə hörmətlə yanaşırdıq, ancaq bu hörməti qoruya bilmədin. Bunlar arxada qaldı. Bütün sirrlərin açılası zaman gəldi. 
Zaur Nəcəfov, sən isə agah ol, Departamentə yanına gətirdiyin işçinin adamlarının səsi  AzTV-nin qülləsindən gəlir. 
Bildin də, kimi deyirik. Bir vaxtlar İdman və Gənclər nazirliyinin yerli şöbəsinə gətirdiyin kəsi nəzərdə tuturuq..
скачать dle 12.1