Yasamal məhkəməsi olmayan təsisat haqqında qətnamə qəbul edib 

Sədr  Əlininoğlu İslam Əliyev fil qulağında yatıb, deyir xəbərim olmayıb 



Görək, yazımızın “qəhrəmanı”  kimdir, nəçidir. 
Söhbət  Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin sədri Əliyev İslam Əli oğlundan gedir. 
Cənab Əliyev 1970-ci ildə anadan olub. 
2000-ci ildə, yəni 30 yaşında Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 
Yəni  cənab məhkəmə sədri  nə dərəcədə  savadsız olub ki, öz yaşıdlarından  düz 8 il sonra universiteti bitirib. Əlbəttə, 1-2 il olsa, nəsə bir səbəb tapmaq olar, amma 8 ilə nə səbəb tapmaq olar. Bunun burcə adı var: savadsızlıq. 
Allah qoymasa, 8 ildən sonra  bu adam necə, hansı yolla  “yurfak”a daxil olub, onu da  özü yaxşı bilir. 
Deməli, İslam Əliyev haradasa, 1996-cı ildə  “dünyaşöhrətli” Naxçıvan universitteinə daxil olub. 
Bəs onda heç bir təhsili olmayan İslam Əliyev 1995-ci ildə Culfa rayon İcra Hakimiyyətində Yetkinlik yaşına çatmamışların işləri üzrə məsul katib, Hüquq müdafiə şöbəsinin təlimatçısı  vəzifələrində necə işləyib ? 
Allah qoymasa, İslam müəllim  sonradan Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Dövlət və bələdiyyə idarəetmə fakültəsini bitirib. 
Adama deyərlər ki, bələdiyyə hara, sən hara ? 
İslam Əliyevin tərcümeyi-halı  başdan ayağa “tapmaca”dır. 
Bu adam öz tərcümeyi-halında qeyd edir ki, bir neçə il  Culfa rayonunda  ZAQS-ın müdiri olub və qəflətən Naxçıvan Ali Məhkəməsinin hakimi olub və oradan da Bakıya - Ali Məhkəmənin hakimi  postuna “transfer”  olub. Və təxminən 10 il  Ali Məhkəmənin  hakimi vəzifəsində çalışıb. 
2016 – 2019-cu illərdə isə  cənab İslam Əliyev Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin sədri  olub. 
Bəli, dostlarından  soruşsanız ki, İslam kimdir, nəçidir, vallahi, elə sözlər danışarlar ki, nəinki mətbuata çıxartmaq,  açıb-ağartmaq ayıb məsələdir. 
Ancaq onu deyə bilərik ki, tay-tuşundan 8 il geri qalan  İslam Əliyev başqa məsələlərdə, tay-tuşlarını nəinki 8 il, bəlkə də 30 il qabaqlayır. 
Sumqayıtda İnzibati-İqtisad Məhkəməsinin sədri olanda İslam Əliyev sahibkarlara, bələdiyyə sədrlərinə dağ çəkib, neçəsini infarkt edib öldürüb. Sumqayıtda bu gün də İslam Əliyevin adı gələndə çoxları  dad-aman edir. İslam Əliyevin Sumqayıtda “yığdıqları”nı  bir sürü  qatıra yükləsən çəkib apara bilməz. 
Hələ bu harasıdır ? 
İslam Əliyev  Abşerondakı  bələdiyyə sədrlərinə hədə-qorxu gələrək özünün və həyat yoldaşının, ailə üzvlərinin adına ələ keçirdiyi torpaq sahələrinin ucu-bucağı bilnmir. 
Bəli, İslam Əliyev Sumqayıtda “yığdıqları”nı  xırıd edərək  paytaxt Bakının ən böyük rayonlarından biri olan Yasamala məhkəmə  sədri gəldi. Və necə gəldi ? 
Bu adam ölüyə-diriyə baxmır, hamısından nəsə umur. 
İnanmaq olmur ki, məhkəmə  sədri olan İslam Əliyev “ölmüş adamla” bağlı qətnamə çıxarıb. 
Təkcə “ölü adamlarla” deyil, həm də olmayan, fəaliyyətsiz  təşkilatlar barəsində də  qanunsuz qətnamələrin “avtoru”  İslam Əliyevdir. 
Bu hüquq “professoru”ndan  soruşsan ki, məhkəmə-hüquq  sistemi nə vaxt, necə yaranıb, vallahi bilməz. Amma qanunsuz əməlləri əla bilir. 
Bəli, yuxarıda əbəs yerə yazmadıq ki, Yasamal məhkəməsi olmayan təsisat haqqında  qətnamə çıxarır, hətta cəza təyin edir, cərimə müəyyən edir. 
Bu da fakt. 
Son bir neçə ildir Gündəlik Bakı adlı qəzet fəaliyyət göstərmir. Amma Yasamal məhkəməsi, konkret olaraq hakim Qədir oğlu Orxan Məmmədov qəzet ilə bağlı qətnamə qəbul edib. Bu hüquq elmində ən absurd  məsələdir. Ki, məhkəmə predmeti olan qurum fəaliyyət göstərmir. Buna görə, hakim Orxan Məmmədov və  məhkəmənin sədri  Əli oğlu İslam məsuliyyət daşıyır. 
Bu məsələnin hüquqi tərəfi. 
Məsələnin digər vacib məqamı odur ki, məhkəmə hamının bildiyi, illər uzunu medianın yazdığı bir məslə ilə bağlı qətnamə qəbul edib. Belə ki, Veysəloğlu şirkətinə məxsus “Ulduz” şokolad fabrikinin məhsulu olan və  şirkətə məxsus Oba marketində satılan şokoladların içərisindən qurd çıxıb. Bu barədə mediada, sosial şəbəkələrdə nəinki yazılar dərc olunub, hətta yootube-da  videolar paylaşılıb. Bütün bunlar ortada ola-ola  Yasamal rayon məhkəməsinin hakimi Qədir oğlu Orxan Məmmədov qətnamə qəbul edib. 
Məhkəmənin sədri  Əlioğlu İslam isə deyir ki, mənim xəbərim olmayıb. Deyəsən, cənab məhkəmə sədri nəinki fil, hətta  begemot qulağında tarıb. Kim inanar ki, hakimin qəbul etdiyi qətnamədən məhkəmə sədrinin xəbəri olmayıb.
Bəli, qətnamənin  necə qəbul olunduğunu biz gözəl bilirik. 
Veysəlinoğlu  gəlir Yasamal məhkəməsinin sədri Əlininoğlu İslam Əliyevin yanına və deyir ki, Gündəlik Bakı qəzeti cərimə olunmalıdır. Savadsız sədr demir ki, belə bir qəzet neçə ildir ki, fəaliyyət göstərmir. Və Veysəlinoğlu ilə Əlininoğlu İslam bazarlıq edərək qəzeti cərimə edirlər. 
Biz  bir daha məsələnin hüquqi tərəfini bir kənara qoyub Əlininoğlu İslamdan soruşuruq ki, həmən qurd çıxan şokoladları sənin ailənə, övladlarına  yedirsələr xoşuna gələrmi ? 
Əlbəttə, yox. Bəs onda camaatın övladlarının yeməsini necə rəva bilirsən, ay adam ? 
Biz sənin ailən, uşağın barədə yazmamışıq ki, bizə qarşı qərəzlisən. 
Biz cəmiyyətin, millətin naminə yazmışıq, insanların, o cümlədən konkret olaraq SƏNİN hüquqların üçün yazmışıq. 
Bəli, cənab Əlininoğlu İslam, sən də həmin şokoladı yeyib ölə bilərdin. Anladınmı, biz öz fərdi davamızı deyil, insanların, o cümlədən sənin  və Qədirinoğlu Orxanın  ailə üzvlərinin davasını etmişik. 
Bir daha təkrar etməyə məcburuq ki, biz kiminsə anasının, bacısının şərəfinə toxunacaq nəsə yazmamışıq. 
Bəs sən nə deyirsən, ey Əlininoğlu İslam Əliyev ? 
Bəs  sən nə deyirsən, ey Qədirinoğlu Orxan Məmmədov ? 
Bu biz, bu bizim əməlimiz, bu da siz. 
İndi, deyin görüm nə deyirsiz ? 
P.S. Veysəloğlunun qurdlu şokoladları barədə yazdıq. Növbəti yazıda  məhkəmə sədri İslam Əliyevin və hakim Orxan Məmmədovun qurdlu əməllərini araşdıracağıq. /Gundelik-baku.com/скачать dle 12.1