Geriyə baxma, qoca ( Rafil Hüseynov )
Öz əməllərini korrektə edə bilməyən korrektor-icra başçısı
Adam qocalanda üzünə nur gələr, Rafil Hüseynovun isə əməlləri üzünə çıxır
Tanınmış yazıçılarımızdan birinin məşhur povesti belə adlanır : Geriyə baxma, qoca...
Bunu nə üçün yada saldım ?
İnsan dönüb geri baxanda keçdiyi həyat yolu, etdiyi pis-yaxşı əməllər gəlib gözünün önündən keçir.
Görəsən, Masallının sabiq, Ağcabədinin indiki icra başçısı Rafil Hüseynov dönüb geri baxsa, nələr görəcək ?
Görəcək ki, hansısa rayon qəzetində korrektordur. Amma ixtisasca korrektor olan adam öz əməllərini ömür boyu korrektə edə bilmədi.
Əgər öz əməllərini korrektə edə bilsəydi ölkədə rüsvay olan oğul böyütməzdi. Oğul da ki, nə oğul.
Bəli, cənab başçı dönüb geri baxanda polis zabiti olan oğlu Şəhriyar Hüseynzadənin vətəndaşı şalvarsız, tumançaq evindən apardığını görəcək.
İçki düşgünü olan həmin oğul avtoşluq edərək neçə nəfərin həyatını məhv edib, amma atasının hesabına sükan arxasında başqasının olduğunu pulla sübut edərək “sudan quru çıxıb”, hətta savadı olmasa da polis orqanlarına işə düzəlib, bunu biz demirik aaa bütün saytlar yazır.
Rafil Hüseynov dönüb geri baxanda Qarabağ şəhidinin statusunu ləğv etmək üçün nələr etdiyini görəcək.
Şəhid atasına kəllə atmağını görəcək, sahibkar qadını döydürməsi yadına düşəcək.
Yəni Rafil Hüseynov dönüb geri baxanda ancaq qara əməllər görəcək.
Deyirəm ki, Allah insana belə ömür bəxş eləməsin. Yaman dərddir, Rafil müəllim.
Dönüb geri baxanda görəsən ki, Qarabağ qazisi səndən dolanmaq üçün iş istəyir, sənsə ona 150 manat maaşla süpürgəçilik təklif edirsən.
Bu məqamda yadıma illər öncə baş vermiş bir ağır hadisə düşür.
Deməli, illər öncə 1-ci Qarabağ savaşında qazi olanların iş məsələsi müzakirə olunanda, o zamankı əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanın Belarusdakı sabiq səfiri Əli Nağıyev demişdi ki, Sumqayıtda 5-10 ayaqqabı təmizləyən “budka” qoyaq və qazilər işləsin.
Rafil Hüseynov da belə məmurlardandır.
Rafil Hüseynov dönüb geri baxanda görəcək ki, Lələtəpə MMC təsis edib şəhidlərin abidələri üçün ayrılmış pulları tenderdə udur. Dünyada bundan ağır nə ola bilər, Rafil Hüseynov ?
Masallıda qəbristanlığı sökdürüb yerində obyektlər tikdirnməyin də gözlərinin önündən keçəcək, Rafil Hüseynov.
Düşünmürsən ki, haqqını yediyin, qəbrlərini sökdüyün, qanını pulla batırdığın insanlar bir gün o dünyada yaxandan yapışıb, sənin əlinə süpürgə verəcəklər ki, əməllərini təmizlə.
Amma sənin əməllərini təmizləməyə, süpürməyə heç bir “kommunxoz”un da imkanı yetməz.
Bütün bunları bilə-bilə hələ də kreslodan əl çəkmirsən, cənab başçı.
Artıq nəinki mənəvi, hətta fiziki cəhətdən də tükənmisən, bitmisən, yapışmısan kresloya, ay adam.
Hətta indiki şəkillərini də paylaşmağa utanırsan və gənclik şəkillərini yerləşdirirsən, rəsmi xəbərlərə.
Əslində insan qocalanda üzünə nur gələr, sənin isə əməllərin üzünə çıxır, ona görə də, güzgüdə də özünə baxmağa çəkinirsən.
Cənab Rafil Hüseynov, nə qədər gec deyil, çəkil yapışdığın kreslodan, onsuz da gəliblər, qapını döyürlər.
Atalar demişkən, ya zəlzələdən, ya da vəlvələdən.
Hazırlaş, getməyin zamanı çatdı, qoca Rafil.
Kreslonu burax, adam... /Gundelik-baku.com/
Geriyə baxma, qoca- Kresloda QOCALAN İCRA BAŞÇISI RAFİL HÜSEYNOV HƏBSXANANIN KANDARINDA…
06
sentyabr
17:45

Qarabağ
KOMMENTLƏR
Ağcabədinin icra başçısı Rafil Hüseynovun həbsi an məsələsidir...- ŞOK FAKTLAR
Rafil Hüseynov, sənin oğlundan yazmaq şər-böhtandır ?- Həbs olunan Alimpaşa səni gözləyir Rafil Hüseynov
“Qatil polisin” icra başçısı olan atası Rafil Hüseynov reketlik edir ?-VİDEOFAKTLAR
Korrektor Rafil Hüseynov necə icra başçısı oldu?- Avtoş, adam öldürən oğul necə “ofser”- polis zabiti oldu ?
Qadın sahibkarı 10 min manata görə döydürən icra başçısı… - Rafil Hüseynov Masallıda qəbristanlığı söküb yerində obyekt tikmək istəyirmiş...
- Kəmaləddin Heydərov Ramiz Mehdiyevin qohumunu təqaüdə göndərdi
- İcra başçısı özünə yeni müavin təyin etdi
- "Onunla danışıqlar aparmaq çətindir" - Tramp
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar