Adın yenə saytların manşetini bəzəyir, cənab Niyazi Bayramov
Almaniyada oturub dövlətimizi söyən siyasi mühacirin qızını bağça müdirəsi qoyursan, şəhid anasına isə....
Bu gün hansı saytı açırsansa, Gəncənin “polkovnik icra başçısı” Niyazi Bayramovun adı manşetləri bəzəyir, sosial şəbəkələrdə “tüpürcək yağışı”, təhqir əlindən tərpənmək olmur.
Əlbəttə, biz təhqirin birmənalı olaraq əleyhinəyik.
Amma deputatlarımızdan birinin dediyi “Saymışam bu gün fb-da atamın goruna 594 dəfə söyüblər...” sözü yada düşür.
Bəli, təhqir, söyüş olmaz. Amma insanları da o həddə gətirib çıxarmayın də..
Axı, söhbət Azərbaycanın ikinci və ən qədim şəhəri olan Gəncədən gedir.
Belə bir ənənəsi olan şəhərin rəhbəri 2 gün öncə şəhid olan əsgərimizin evinə nə üzlə un, şəkər tozu yollayıb?
Yaxşı olmazdı ki, cənab icra başçısı oturacağını kreslodan qaldırıb şəhidin evinə gedərdi, ailəsini ziyarət edərdi, başsağlığı verərdi və sonra un, “pesok” məsələsinə baxmaq olardı...
Gəncənin icra başçısı şəhidin ailəsinə 50-60 manat dəyəri olan “yas payı” göndərib.
Görəsən, Niyazi Bayramovun hansısa yaxını ölsə, şəkər tozu və unla onun mərasimini yola verə bilərmi ?
Niyazi Bayramovdan soruşan lazımdır ki, keçən il müharibənin ən dəhşətli vaxtında Londonda 30 milyon dəyəri olan mülk ala bilirdin, amma şəhid ailəsinə 50-60 manatlıq pay göndərirsən...
Niyazi Bayramovdan soruşan lazımdır ki, Mingəçevirdə icra başçısı olanda Kürün sahilində obyekt tikdirənlər üçün torpağın 1 sotunu 20 min manata satırdın, indi əlin aşağıdır ?
Şəhidin yaxınları deyir ki, bir torba unla, pesokla yas mərasimini necə keçirək, cənab polkovnik Bayramov ?
Guya Allah qoymasa, sən də Qarabağda vuruşmusan, veteransan ?
Şəhid anasını aylarla qapıda gözlədirsən, qəbul etmirsən, deyirsən “sənə verməyə işim yoxdur”...
Bəs sənədləri başdan-ayağa saxta olan, əmək kitabçası qaralanmış cavan xanımı MÖTƏBƏR ŞƏXSİN XAHİŞİ ilə bağçaya necə müdir təyin edirsən ?
Cənab Bayramov, həmin cavan xanım riyaziyyat fakültəsini bitirb və Gəncə Müəllimlər İnsitutunda İNGİLİS DİLİ dərsi keçib.
Bu necə olur, cənab Bayramov ?
Riyaziyyat müəllimi necə ingilis dili dərsi keçib ?
Riyaziyyat müəllimi hara, bağça müdirəsi hara ?
Deyəsən onun da müdirə olmağı, sənin polkovnik olmağın kimi zaddır...
Cənab Bayramov, qanunsuz bağça müdirəsi təyin etdiyin cavan xanımın qohumları, anası, qardaşı, əmisi oğlanları Almanıyada siyasi mühacir kimi oturub hakimiyyəti söyürlər, Azərbaycan əleyhinə təbliğat aparırlar, xaricdə dövlətimizin əleyhinə piket təşkil edirlər. Bunu sən görmürsən, cənab başçı ?
O cavan qızı səndən xahiş edən mötəbər şəxs də bilmir bunları ?
Oğlu vətən uğrunda şəhid olan ananı qəbul etmirsən, ancaq VƏTƏNİ biabır edənlərə qucaq açırsan...
Bağça müdirəsi qoyduğun xanım heç öz halal əri ilə yola getmir, polisə şikayət edir, ərinin bahalı avtomobilini dəmirlə əzir-xarab edir...
Öz ailəsində bu cür olan birisi körpə balalara necə tərbiyə verəcək, cənab Niyazi müəllim ?
Siz o körpələrin də gələcəyini məhv edirsiniz.
Ötən il erməni raketi ilə evləri dağıdılan Gəncə sakinlərini aldadıb kağız-kuğuza qol çəkdirirsən.
Evi dağılan Gəncə sakininə 6 min manata qol çəkdirib 1500 manat verirsən.
Şəhidin anası sənə yalvarır ki, kirayə pulu verə bilmirəm..
Cənab Bayramov, heç olmasa, səni o boyda vəizfəyə təyin edən Prezidentin sözlərini yada sal:
Xalqdan qorxmursunuz, barı Allahdan qorxun...
Süsənbər Gəncəli /Gundelik-baku.com/
İki gün öncə şəhid olan əsgərin yasına 5 kq “pesok” göndərən Gəncənin polkovnik-icra başçısı...- GƏNCƏDƏ VƏZİYYƏT ACINACAQLIDIR…
19
noyabr
11:21

Qarabağ
KOMMENTLƏR
Gəncənin yeni icra başçısı KİM OLACAQ? - Köhnəsi ilə bağlı iddialar var...
Niyazi Bayramov Almaniyadakı siyasi mühacirin bacısını bağça müdirəsi qoyur... - Amma şəhidin anasını qəbul etmir....
Şəhidlərimizə hörmətsizlik edən Niyazi Bayramov, kürəkənin Qarabağda döyüşübmü ?- Xalqdan qorxmursunuz, Allahdan qorxun, cənab icra başçısı
Polad Bülbüloğlu Rusiya Federasiyasında səfir vəzifəsilə vidalaşır… - Gəncənin icra başçısı Niyazi Bayramov isə Rusiyaya səfir gedir – ÖZƏL
Gəncədə kef məclisləri quran Niyazi Bayramov TƏFTİŞ OLUNUR - İLGİNC İDDİALAR...
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat