Deyəsən Gəncənin icra hakimiyyəti başçısı Niyazi Bayramovun başının üstündə qara buludlar dolaşır. Ölkənin ikinci paytaxtındakı mənbələrimizdən Moderator.az-a verilən məlumata görə, Niyazi Bayramovun 4 illik fəaliyyətini, daha doğrusu, fəaliyyətsizliyini yoxlamaq üçün düyməyə basılıb və Gəncədən Bakıya gedən çoxsaylı şikayət məktubları, çeşidli etirazları səssizcə yoxlamaq üçün Prezident Administrasiyasından şəhərə bir "ekip" göndərilib.
Onlar şəhər təsərrüfatındakı nöqsanları, park və küçələrdəki natəmizliyi, yolların bərbad olmasını və ağacların, "qazon"ların baxımsızlıqdan qurumasını lentə alaraq gəldikləri kimi də Bakıya dönüblər. Şəhidlərin iddiasına görə, Bakıdan göndərilən çəkiliş qrupu hətta Göygöl rayonunun inzibati ərazisi hesab olunsa da Gəncə şəhərinin balansında olan Hacıkənd qəsəbəsinə də baş çəkərək orada da çəkilişlər aparıblar. Maraqlıdır ki, Gəncənin icra strukturlarından kimsə həmin çəkilişdən ya xəbərsiz olub, ya da ümumiyyətlə onlaru bu prosesə cəlb etməyi lazım bilməyiblər. Hər halda gələn xəbərlərdən belə anlaşılır ki, Bakıda Gəncənin icra başçısının fəaliyyətindən məmnun deyillər və tezliklə onu yeni və gənc bir kadrın əvəzləyəcəyi gözləniləndir.
Gəncədə kef məclisləri quran Niyazi Bayramov TƏFTİŞ OLUNUR - İLGİNC İDDİALAR...
18
iyun
12:15

Qarabağ
KOMMENTLƏR
Kimi aldadırsan, Niyazi Bayramov ? - Gəncədə rəzalət: Prezidentin səfərindən sonra yaşıllıq yoxa çıxdı...
Niyazi Bayramovu KİM ƏVƏZ EDƏCƏK? - İLGİNC İDDİA
Niyazi Bayramov yola salınır?
Polad Bülbüloğlu Rusiya Federasiyasında səfir vəzifəsilə vidalaşır… - Gəncənin icra başçısı Niyazi Bayramov isə Rusiyaya səfir gedir – ÖZƏL
Gəncənin icra başçısı səkidə “Zəfər bulağı” tikir...- İcra başçısı Niyazi Bayramovun həbsi gözlənilir
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər