BakiSesi.com

Ağcabədinin icra başçısı Rafil Hüseynovun ÇİÇƏK mahnısı...- İcra başçısının milyonluq mülkləri,obyektləri…

Tarix:24-11-2021, 10:20 | Oxunub: 15
Ağcabədinin icra başçısı Rafil Hüseynovun ÇİÇƏK mahnısı...- İcra başçısının milyonluq mülkləri,obyektləri…
Rafil Hüseynov  niyə gecələr yuxuda “Gündəlik-Bakı”nı görür ? 

İcra başçısı Novxanıdakı villasını satsa,  Ağcabədini 1 il saxlamaq olar...


Masallının keçmiş, Ağcabədinin indiki icra başçısı Rafil  Hüseynovun əməllərindən, Masallıda qəbristanlığı  söküb özünə ticarət  obyekti tikdirməsindən, Ağcabədidə fermerlərin başına oyun açmasından, Qarabağ veteranının statusunu ləğv etdirmək niyyətindən, şəhidin atasına kəllə atmağından, polis zabiti olan oğluna tərbiyə verə bilməməsindən,  qadın sahibkarı polislə hədələməsindən  və s əməllərindən Gundəlik-Bakı olaraq biz və digər media orqanları kifayət qədər yazaraq  cəmiyyəti məlumatlandırıb. 
Ancaq Rafil Hüseynovun  heç kimin ağlına gəlməyən bir əməlindən Gundəlik-Bakı olaraq biz ilk dəfə həyəcan təbili çalaraq  silsilə yazılar dərc etdik. 

Söhbət icra başçısının rayondakı uşaq bağçalarının  xanım əməkdaşlarını “imtahan etməsindən”, “sorğu-suala-sınağa” çəkməsindən və onları “imtahandan kəsərək”  işdən qovmasından gedir. 
Bəlkə,  Rafil Hüseynovun bu əməli çoxlarına zarafat kimi gələcək. Çünki həqiqətən də icra başçısının  test üsulu tətbiq edərək bağça müdirlərini, müəllimələri imtahan etməsi əslində komediya mövzusudur. 
Bizcə, Azərbaycanda  Rafil Hüseynovdan başqa  heç bir icra baçısı  belə komediyanın personajı olmayıb.
Ancaq etiraf edək ki, icra başçısının bu rüsvayçı əməli kiməsə komediya kimi görünə bilər, amma əslində bu tragediyadır. 
Çünki cənab Rafil Hüseynov  bağçada çalışan və ailəsini güclə dolandıran qadınları işdən qovmaqla onları başsız qoyub, ailələri ac qoyub,  az yaşlı uşaqları çörəkdən məhrum edib. Bu əslində faciədir. 
Redaksiyamıza  bu ürək parçalayan  olayla bağlı onlarla şikayət  ərizələri,  canlı Audio müraciətlər daxil olub. 
Və biz bu şikayətlər əsasında silsilə  yazılar dərc etmişik.

Bizim  dərc etdiyimiz  yazıları  ölkənin başqa media orqanları da  yayıb. Və nəticədə  müvafiq dövlət qurumları xəbər tutaraq Rafil Hüseynova  sözün  geniş mənasında  STOP qoyublar. 
Görəsən, Rafil  Hüseynovun  bağça müəllimələrini işdən KÜTLƏVİ azad etməkdə məqsədi nə idi ?
Araşdırmalarımız  zamanı  və şikayətçilərin dediyindən bəlli oldu ki, icra başçısı bu yolla pul qazanmaq istəyib  və buna xeyli nail olub. 
Belə ki, işdən uzaqlaşdırdığı bağça müdirələrinin yerini başqalarına  satmaqla əməlli-başlı qazanıb.
Görəsən qazandığı milyonlar Rafil Hüseynova azlıq edir ki, bağçalara  tamah salır ?
Belələrinə deyən lazımdır ki, təkcə Novxanıdakı villanı satsan, Ağcabədini 1 il dolandırmaq olar, ay Rafil.. Rafil Hüseynov xəbərin olsun ki, Novxanıdakı 20 milyonluq villanı əlindən alacaqlar, Qoca Səmədovun mülki kimi müsadirə edəcəklər. Düzdür başqasının adına sənədləşdirmisən, amma onun yerini bilənlər bilir.
Sənin gözün doymurmu ? 
Elə bilirsiniz, Rafil  bağça ilə məsələni bitirmək istəyirdi ? Ay-hay..
Bütün bunlar azmış kimi  Rafil Hüseynovun növbəti planı rayondakı məktəb direktorlarını, müəllimləri  “imtahana çəkmək, sorğu-sual etmək”  və onları da işdən uzaqlaşdırmaq imiş. Ki, boş qalan yerləri “hərraca” çıxartsın. 
Bir daha deyirk ki, bu plan kimlərəsə gülməli, hətta zarafat kimi gələ bilər. 
Ancaq Gundəlik-Bakı icra başçısının  bu biabırçı  əməllə bağlı imzaladığı rəsmi sərəncamı da əldə edərək dərc edib. Yəni məsələ çox ciddi idi. 
Yəqin ki, bütün bunlara görə, icra başçısı gec-tez qanun qarşısında cavab verəcək və layiq olduğu cəzanı alacaq. 
Lakin Rafil  Hüseynov öz əməlindən peşiman olmaq, şikayətçilərdən üzr istəmək əvəzinə qisasçılıq yolu tutub. 
Rafil Hüseynov yaxınlarına deyir ki, hər gecə  Gundəlik-Bakı qəzeti yuxuma  girir, yuxudan qan-tərin içində ayılıram, təngənəfəs oluram...elə bilirəm ki, koronayam...
Gundəlik-Bakı olaraq  Rafil Hüseynova deyirik ki, bizim sənin personan ilə işimiz yoxdur, məqsədimiz insanların  hüquqlarını qorumaqdır. İstəmirik ki, insanlarımız  sənin kimi məmurların əməllərinə görə dövlətimizdən, Prezidentimizdən narazı olsunlar. Siz isə məqsədli şəkildə, pul qazanmaq üçün  insanları dövlətdən narazı salırsınız. 
Yaxınlarının dediyinə görə, gecələr  səksəkə içində yatan Rafil Hüseynov səhər açılan kimi tanınmaz olur, özünü az qala bağça uşaqları kimi aparır, mahnı oxuyur, şeir deyir...
Bəli, icra başçısı son vaxtlar haradansa dilinə düşmüş ÇİÇƏK mahnısını  yaman  zümzümə edir...
Dəyirman üstə ÇIÇƏK, 
Oraq gətirin biçək.
Ağcabədidə bir uşaq olacaq,
Adını qoyarıq Çiçək...
Yeri gəlmişkən, Rafil Hüseynovun  Aran kəndi üzrə nümayəndəsi Çiçək xanımın 2 uşaq bağçasından biri əlindən alınıb. 
Ancaq  hələ mübarizə davam edir. Gündəlik-Bakı da bu mübarizənin önündədir. 
Rafil Hüseynovun haqqını tapdaladığı, hüququnu pozduğu Ağcabədi sakinlərinə deyirik ki, hər zaman Gündəlik-Bakı olaraq yanınızdayıq  və hüquqlarınızı  qorumağa hər an hazırıq. Bu bizim həm vətəndaş, həm də  media mənsubu olaraq  müqəddəs borcumuzdur.
P.S Çox hörmətli Rafil Hüseynov, biləsən sənin uşaqlarının payını yeməyini dövlət sənə
bağışlamayacaq. Amma bu işdə hüquq mühafizə orqanlarına elə kömək edəcəyik ki, özündə əhsən deyəcəksən. Biz xəbərdarlıq edirik ki, bəsdirin "dibsiz  quyularınızı" doldurmağı tərgidin. "Dibsiz quyu" onsuz da dolmur. Əməlinizlə , işinizlə cənab Prezidentimizə kömək edin. 
/Gundelik-baku.com/скачать dle 12.1