El aşıqları Ağcabədinin icra başçısı Rafil Hüseynovu “vəsf edir”…

Bəlkə el şairini də məhkəməyə verəsən, cənab Rafil Hüseynov..? 

Vəsf zamanı deyil,  səni qara maskalılar aparacaq…



Hər zaman el aşıqları, şairləri  el-obada baş verən qanunsuzluqları, ədalətsizliyi  nəzmə çəkərək  cəmiyyətlə bölüşərdilər. 
Və ixtiyar sahibləri, indiki  dillə desək məmurlar, vəzifəlilər el şairlərinin dilinə düşməmək üçün ədalətli olmağa çalışardılar. 
Əbəs yerə deyil ki, el şairi Qasım bəy Zakir bir zamanlar yazırdı ki...
Xandəmirov çaldı, çapdı mahalı,
O ki tutub özün keçəl...
Xandəmirov kim idi..? 
Bu günkü  dillə desək  hansısa  mahalın böyüyü...
Yaxud  başqa bir misal: 
Yenə ötür-ötür, apar-apardir...
Müasir  dilə çevirsək, yəni məmurlar  rüşvət alaraq bir-birinə ötürür...
İndi özünüz gördünüzmü, eyni problemlər qalmaqda davam edir  və...
Bu gün  el  aşıqlarımız, şairlərimiz  yenə də öz sözlərini deməkdən çəkinmirlər. 
Bir neçə gün əvvəl sosial şəbəkələrdə yayılmış  bir audio çəkilişdə Ağcabədidən  olan el şairi  rayonun icra başçısını vəsf edir. Buyurun onun öz dilindən eşidin. 
Əgər hissin yoxsa, qananam demə, 
Alışıb odlanıb  yananam demə, 
Çalışıb vətənə, elə, obaya, 
Gərək deyilsənsə, İNSANAM demə...
El şairi sonda deyir ki, bunu Ağcabədinin icra başçısı Rafil Hüseynova üzümü tutaraq deyirəm. 
Cənab Rafil Hüseynov, bunu biz, Gündəlik-Bakı demir ee, rəhbəri olduğun Ağcabəsinin el şairi deyir. 
Bəlkə, onu da məhkəməyə verəsən ?  
Deyirəm, yazıq el şairi bilsə idi ki, icra başçısı Rafil Hüseynov  rayondakı uşaq bağçalarındakı  körpələrin payını da basıb yeyir, onu başqa cürə də vəsf edərdi. 
Gör bu insan nə qədər  tamahkardırsa, uşaqların da payına tamah salır. 
Bəli, dövlətin  uşaq bağçalarına ayırdığı  ərzağın çoxu  Rafil Hüseynovun adamlarının əli ilə soyuducu deyilən yerdən götürülərək bazarlarda satdırılıb  başçıya verilir. 
İcra  başçısının uşaq bağçalarının ərzaq və qida təchizatı ilə bağlı sövdələşməsi  rayonda hamıya bəllidir. 
Ünvanı da dəqiq deyə bilərik:  
“Soyuducular”  deyilən ərazi, MERO-nun yanı...
Hələ bu harasıdır..? 
İcra başçısı  Rafil Hüseynovun  öz səlahiyyət həddini  aşaraq  bağça müəllimələrini  testdən keçirməsi, onları sorğu-suala tutması, işdən çıxarması, boş qalan yerləri satması barədə  Gündəlik-Bakının ilk yazılarından sonra məsələ ictimailəşdirildi. 
Və  bir müddət sonra  cənab Prezidentimiz  uşaq bağçalarının  icra hakimiyyətlərinin tabeçiliyindən alınıb Təhsil Nazirliyinə qaytarılmasını təmin etdi. 
Biz o iddiada deyilik ki, bunu biz elədik, amma bu işdə bizim yazıların da rolu oldu. 
Hətta uşaq bağçaları ilə kifayətlənməyən  Rafil Hüseynov rayondakı orta məktəb müəllimlərini də testdən keçirmək istəyirdi. 
Məqsədi aydın idi. Yüzlərlə, minlərlə məktəb müəllimlərini, bağça işçilərini işdən azad etmək adı altında  yüz minləri qazanmaq. 
Bu adamdan soruşan olmadı ki, sən kimsən ki, Təhsil nazirinin səlahiyyətini mənimsəyirsən..? 
Bu adamda azca da  özünə hörmət hissi olsaydı, polis zabiti olan oğlu Şəhriyar Hüseynzadə  vətəndaşı  tumançaq-alt paltarla sürüyüb aparanda özü vəzifəsindən istefa verərdi. Amma..
Əmması odur ki, ata istefa verməsə də  cənab Daxili İşlər Naziri Vilayət Eyvazov  bu rüsvayçılığa görə, zabit adına ləkə gətirən Şəhriyar Hüseynzadəni polis sistemindən uzaqlaşdırdı. 
Kimsə deyə bilər ki, ata və oğlu  bir-birinin əməllərinə görə cavab verməli deyil. Olsun. 
Onsuz da ata Rafil Hüseynovun əməlləri bütün respublikaya bəllidir. 
Bu adamın ömür boyu dövlətdən aldığı maaşı keçən dəfə hesablayıb milyon yarıma güclə çatdırmışdıq. Amma bir şərtlə. Yeməsə, içməsə, geyməsə...
Bəs onda Novxanıdakı dəyəri  10 milyon olan  villanı  Rafil Hüseynov hansı pulla tikdirib..? 
O el aşığına demək lazımdır ki,  bu villaya da bir şeir həsr eləsin. 
O el aşığına demək lazımdır ki, gələn dəfə icra başçısının şəhidin atasına kəllə atmasından, rayondakı turbaları kəsib  “metallom”  kimi satdırmasından, sahibkarlara zülm etməsindən,  Masallıda icra başçısı olarkən köhnə qəbristanlığı sökdürüb yerində  ticarət obyektləri tikdirməsindən bəhs etsin. 
Rafil Hüsynovla  bağlı  nə qədər  maraqlı və müxtəlif mövzu lazım olarsa, biz el şairinə təqdim edə bilərik. 
Təki,  Rafili vəsf eləsin. Və gələcək nəsillər də görsün ki, Rafil Hüseynov kim olub, nəçi olub...
Bəlkə Qarabağ şəhidinin  halal statusunu ləğv etdirmək üçün  dəridən-qabıqdan çıxmağından, müxtəlif  dövlət orqanlarına  sorğu göndərməyindən bəhs edək, cənab Rafil Hüseynov..? 
O şəhidin  valideyni səndən  əkib-becərmək üçün torpaq istəmişdi dəə...
O valideynin oğlu şəhid olub ee, səninn oğlun kimi  səhər-axşam barlarda  gözəlçələrlə gün keçirməyib...
Rafil Hüseynov, deyəsən səni el şairləri vəsf etməli olmayacaq. Bir filmdə deyilən kimi, vəsf zamanı deyil, Afət...
Səni qara maskalılar aparacaq, Rafil Hüseynov...
P.S Həəə deyirlər əvvəllər özünə ağsaqqal bildiyin adamı indi yanındakı işçisi ilə şantaj edirsən, hərdən bir Taleh müəllimə də sifariş göndərirsən. Dostumuz olan hüquqşünas vasitəsilə keçmiş ağsaqqalın barədə mətbuata məlumatlar sızdırırsan. Biləsən ki, o adamın hamının yanında hörməti var. Sənin verdiyin məlumatlar heç kimə lazım deyil, çünki o icra başçısı olduğu dövrdə və indi də dövlətə, dövlətçiliyə, cənab Prezidentimizə çox sadiqdir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/скачать dle 12.1