BakiSesi.com

Bu müdhiş faktları Prezident İlham Əliyevə çatdıra bilsək… Kənd təsərrüfatı naziri İnam Kərimovun həbsi qaçılmaz olacaq…

Tarix:25-11-2021, 15:39 | Oxunub: 14
Bu müdhiş faktları Prezident İlham Əliyevə çatdıra bilsək… Kənd təsərrüfatı naziri İnam Kərimovun həbsi qaçılmaz olacaq…
Cənab nazir  dabaq  vaksinlərinin  tenderindəki maxinasiyalardan nə qədər qazanıb ? 

Dəfələrlə qeyd etmişik ki, neft və qazı kənara qoysaq, Azərbaycan  sadə  dildə desək  aqrar ölkədir. 
Kimin zərrəcə şübhəsi varsa, dövlət büdcəsinə daxil olan gəlirlərdən neft və qazı çıxsın və yerdə qalan rəqəmə nəzər salsın. 
Bütün bunları nəzərə alan və uzaq gələcəyi  hesablaya bilən Prezident  İlham Əliyev cənabları qeyri-neft sektorunun və aqrar sahənin inkaşfı məsələsinə dönə-dönə qayıdır və dövlət büdcəsindən bu  sferaya kifayət qədər vəsait  ayırır. 
Təəssüf ki,  aqrar sahəyə rəhbərlik edən İnam Kərimov kimi nazirlər və məmurlar aqrar sahəni bərbad duruma salıblar. Bunun əsas səbəbi korrupsiya və mənimsəmə  hallarıdır. 
Bu  araşdırma  yazısında  İnam Kərimovun  4-cü ildir ki, rəhbər olduğu Kənd Təsərrüfatı Nazirliyində baş  verən müdhiş korrupsiya  faktlarına nəzər salacağıq. 
Mütəxəssislər gözəl bilir ki,  heyvandarlıq  sahəsi üçün ən qorxulu xəstəliklərdən biri, bəlkə də birincisi dabaq xəstəliyidir. 
Qısaca onu qeyd  edək ki, bu xəstəliyin nəticəsində iri buynuzlu mal-qara, qoyunlar arasında kütləvi ölüm halları, bala salma baş verir. 
Digər tərəfdən xəstəliyə yoluxmuş  belə heyvanların südü, əti də istifadə üçün təhlükəlidir.
Ona görə də Ümumdünya Heyvan Sağlamlığı  Təşkilatı  ( ÜHST ) dabaq xəstəliyini həmişə nəzarətdə saxlamağa çalışır və qarşısını alır. Hətta dabaq xəstəliyi olan ölkələrdən heyvandarlıq məhsullarının idxalına  da qadağa qoyurlar. 
Çox təəssüf ki, başda nazir İnam Kərimov olmaqla  nazirliyin tabeçiliyində olan Aqrar Xidmətlər Agentliyi ( AXA ) belə bir təhlükəli xəstəlikdən də öz xeyirləri üçün istifadə edir və milyonlar qazanırlar. 
Məlumdur ki, dabaq xəstəliyi ilə mübarizə üçün  vaksinlərdən istifadə olunur. Bəzən bu vaksinlər ölkələrə ÜHST tərəfindən güzəştlə, hətta pulsuz verilir. 
Gundəlik-Bakıya daxil olan məlumata görə, cənab İnam Kərimov nazir olandan sonra, yəni 2019-cu ildə dabaq xəstəliyinə qarşı istifadə olunacaq vaksinlərin alınması üçün böyük maxinasiyaya yol verilib. 
Belə ki,  vaksinlərin alınması üçün keçirilən tenderdə müxtəlif maneələr yaradılıb. 
Süni olaraq  vaxt məhdudiyyəti yaratmaq üçün ilin sonunda tələm-tələsik  tender elan olunub. 
İddiaçıların sayını məhdudlaşdırmaq  məqsədilə  elanda tender  toplusunu almaq üçün  40.000 AZN ( ! ) ödənilməsi tələb kimi qoyulur. Və buna nail olunub. 
Təsəvvür edirsinizmi,  dünyada bunun analoqu yoxdur. Niyə tender toplusunu almaq üçün 40 min ödənməlidir ? 
Keçirilən tenderə əlavə iddiaçılar  cəlb etmək məqsədi ilə  heç bir tədbir görülməyib  və  açıq tender ləğv olunub. 
Tenderdə iştirak etmək  istəyən  bir  şirkətin  regionda  ən müasir vaksin  istehsalçısı  olmasına baxmayaraq, həmin müddətə qədər  KTN yanında  Aqrar Xidmətlər Agentliyi  ( AXA ) ilə heç bir münasibəti olmayan  bir müəmmalı  “şirkət”lə  birbaşa müqavilə  imzalanır. 
Ən çox vəsait tələb olunan  dabaq xəstəliyinə  qarşı  vaksinlərin əldə edilməsi  məqsədilə yaranmış  kritik  vəziyyətlə, vaxtla  əlaqədar  Türkiyənin müvafiq nazirliyindən  köməklik istənilir. Və razılıq alınır. Lakin müqavilə  birbaşa  AXA  ilə  Türkiyənin  dövlətə məxsus  Şap Enstitusi  ( adı qısa yazılıb )  arasında bağlanılmır. 
Ortada  yuxarıda  qeyd etdiyimiz  həmin müəmmalı şirkətin  “xidmətlərindən”  istifadə olunur. Beləliklə Şap Enstitusundan  alınacaq  9-10 milyon  doz  dabaq vaksini  Azərbaycana  2.5 – 3 dəfə baha  qiymətə başa gəlir. ( Şap Enstitusunun qiymətləri: 1 doz  üçün  təqribən  0.29 – 0.35 USD ). 
Ortaya xeyli suallar çıxır:
1. Niyə əlavə iddiaçılar  cəlb etmək  məqsədilə heç bir tədbir görülmədən  tender  ləğv edilib ? 
2. Müəmmalı şirkət  hansı  meyarlar  əsasında seçilib? 
3. Niyə  dabaq vaksini  üçün müqavilə  Şap Enstitusu ilə birbaşa bağlanmayıb ? 
Mütləq ortada müəmmalı şirkət olmalı idi ? 
4. Vaksinlər  dəqiq olaraq büdcəyə  hansı qiymətə başa gəlib ? 
Görəsən  bu əməliyyat zamanı nazir İnam Kərimov və AXA rəhbərliyi nə qədər qazanıb ?
İndi  isə 2020-ci ildə  vaksin məsələsinə nəzər salaq.
2020-ci ildə isə  açıq tender keçirildi  və ən aşağı qiymət  təklif etmiş şirkət qalib oldu. Gələcəkdə şəffaf tender  prosedurlarının  keçiriləcəyi ümidi ilə regionda  olan digər  istehsalçılar da öz məhsullarını Azərbaycanda qeydiyyatdan keçirdilər. 
2021-ci ildə isə  tenderin büdcəsini süni olaraq aşağı salmaq  məqsədi ilə  Qanunun tələblərinə zidd olaraq ( Maddə 16.1 ) alınacaq mallar  eyni tip olmasına  baxmayaraq , həmin mallar 5 ( ! ) qismə bölünmüş,  bu məqsədlə  4 elektron tender elan olunmuş, dabaq  vaksininin satınalınmasına isə müəmmalı olaraq  ümumiyyətlə, tender elan edilməmişdir. 
Beləliklə,  Qanuna görə,  büdcəsi 3 milyon ABŞ dollarından çox olan açıq tender prosesindən əsassız olaraq  yayınılmış  və  Azərbaycanda istehsalı olmayan malların satınalınmasında  xarici şirkətlərin  birbaşa iştirakının  ümumiyyətlə qarşısı alınmışdır. 
Görəsən  xarici şirkətlərin  birbaşa iştirakının qarşısı niyə alınıb ? 
Yəqin yenə  müəmmalı şirkətlər  ortada “maklerlik”  edəcək. 
Gəldiyimiz nəticə budur ki, cənab İnam Kərimovun rəhbərliyi altında  dabaq xəstəliyinə qarşı vaksinlərin satınalınmasında   büdcə  vəsaitini mənimsəmək  məqsədi ilə  2019-cu ildə tətbiq olunmuş  sxem  yenidən işə salınacaq. 
Görəsən  gənc nazir İnam Kərimov  sabiq nazir Səlim Müslümovun və digər məmurların başına gələnlərdən  nəticə çıxartmır ? 
Bəlkə, İnam Kərimov onun karyerasında xüsusi rol oynamış  Samir Kərimov – Əli İnsanov cütlüyünün  təlimatları ilə işləyir, onların tapşırıqlarını icra edir? 
Görünür İnam Kərimov da sabiq nazir  Heydər Əsədov kimi dağıdıb aradan çıxmaq istəyir. 
Amma başqa nümunə də var. Belə ki, sabiq nazir  İsmət Abasov taksidə  gəldi, taksidə getdi. 
Sən nədə, bəlkə  qapalı maşında  gedəcəksən, cənab İnam Kərimov ?
Unutma ki, ermənilərin başına enən dəmir yumruq  növbəti  etapda korrupsioner nazirlərin başına enəcək.
P.S Növbəti yazıda gürcü adı ilə vaksin daşıyan ermənilərdən bəhs edəcəyik. /Gundelik-baku.com/скачать dle 12.1