Mərhum meyxanaçı Bayram Kürdəxanlının oğlunun olduğu üzə çıxıb.
Bu barədə “Səni axtarıram” verilişində aparıcı Xoşqədəm Hidayətqızı məlumat verib. 
Daha sonra mərhum meyxanaçının qardaşı Xəlifə Quliyev canlı yayıma qoşularaq, qardaşının Rusiyada oğlunun olduğunu bildiyini deyib.  O söyləyib ki, qardaşının oğlu ilə əlaqəsi yoxdur:
“Mən də tapılmağını istəyirəm. Qardaşımın yadigarıdır. Bizə danışmışdı. Qardaşım haradasa 35 il əvvəl o qızla Moskvada tanış olmuşdu. Dəqiq bilmirəm, atası, ya anası yunan idi. O qız orada təhsil alırdı, qardaşım onun bütün xərclərini qarşılayırdı. Daha sonra o, universiteti bitirdi. Ailəsi qardaşımla evlənməyinə icazə verməyib. Sonradan bildiyim məlumata görə, o, avtomobil qəzasında həyatını itirib. Qızın valideynləri iş adamı idi. Onun Bayramdan bir oğlu olduğunu çox sonradan bildim”, - deyə o bildirib.


скачать dle 12.1