“Bu günləri, azad olunacağımı, yenidən vətənimdə olacağımı xəyal belə etmirdim. Əsirlikdə olduğumu biləndə, hər şeyin bitdiyini düşünmüşdüm. Əsirlik mənim üçün son idi”.
Bunu modern.az-a açıqlamasında erməni əsirliyindən azad olunaraq, bu gün ailəsinə qovuşan Bayram Kərimov deyib.
B.Kərimov Füzuli, Şuşa istiqamətlərində döyüşdüyünü və yaralandığını bildirib:
“Yaralanandan sonra huşumu itirmişəm. Ondan sonrasını xatırlamıram. Ayılanda gördüm ki, Ermənistanda, ermənilərin içərisindəyəm. Əsirlikdə olanda ermənilər öz vəhşiliklərini nümayiş etdirirdilər. Amma bu, bizi sındırmırdı”.
Hərbçi qeyd edir ki, təyyardən düşənə qədər Azərbaycana qaytarılacağı barədə məlumatsız olub:
“Bizi təyyarəyə mindirdilər, heç bilmədik hara aparırlar. Çünki yanımızdakılar ermənicə danışırdılar. Bir də təyyarədn düşəndə anladıq ki, Vətəndəyik. Bu günləri bizə yaşatdığı üçün dəmir yumruq sahibi Ali Baş Komandana, cənab İlham Əliyevə öz təşəkkürümü bildirirəm. Qarabağ Azərbaycandır!”
“Ermənilər bizi sındıra bilmədi” - Əsirlikdən qayıdan döyüşçü
30
dekabr
16:11

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər