"Artıq yarım saatdan çoxdur ki, koronavirusa qarşı peyvənd olunmuşam və heç bir mənfi təsiri yoxdur".
Bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin şöbə müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, hazırda özünü normal hiss edir: "Bu gün həm sevincliyəm, həm də həyəcanlı. Çünki bu vaksinin gətirilməsini çoxdan gözləyirdik. Mən 11 ay bütün qaydalara riayət elədim və xəstələnmədim. Bu gün artıq peyvəndin birinci dozasını vurdurdum. Hazırda vəziyyətim normaldır və işimə qayıdıram. Bundan sonra özümü daha da ciddi qoruyacağam. Çünki 3 həftədən sonra ikinci dozanı qəbul etməliyəm".
Y.Qarayeva risk qrupu olan vətəndaşlara da müraciət edib: "Bütün tibb işçiləri və risk altında olan digər vətəndaşlarımıza müraciət edirəm ki, vaksin vurdursunlar. Bu intoksikasiya olunmuş peyvənddir. Əgər qripə qarşı nə vaxtsa peyvənd olunublarsa, bu peyvəndin də heç bir təhlükəsi yoxdur. Peyvənddən öncə həkimlər həmin şəxsin səhhəti ilə bağlı məlumat alır, özünü necə hiss etməyini, hərarətini, nə vaxtsa hansısa xəstəlik keçirdiyini soruşur. Bütün suallar veriləndən sonra qeydiyyat aparılır və peyvənd vurulur". (Trend)
Peyvənd olunan Yaqut Qarayeva: Heç bir mənfi təsiri yoxdur
18
yanvar
13:03

Qarabağ
KOMMENTLƏR
Ramin Bayramlı: “Vaksinasiya könüllü olacaq”
Koronaviris əleyhinə ilk peyvənd -“Sputnik V”nin Moskva sakinlərinə vurulmasına başlanılıb
TƏBİB: Peyvənd istehsal edən ölkələr və təşkilatlarla ikitərəfli danışıqlar aparılır
Yaqut Qarayeva: Payız-qış mövsümünə ciddi şəkildə hazırlaşırıq
TƏBİB-dən Rusiya peyvəndi ilə bağlı açıqlama
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat