Dünən axşam saatlarında Şəmkir rayonun Qədim Qala kəndində "Qərb bölgəsi press qəzetinin və Qərb.TV" internet televizyasının redaktoru və təsisçisi Əliyev Bəxtiyar Adil oğlunun öldürülməsinin bəzi təfərrüatları məlum olub.
Hadisə dünən axşam təxminən saat 20:00 radələrində baş verib.
Mərhumun dayısı oğlu Vasif Aslanov Bəxtiyar Əliyevi kəndin 4-cü küçəsi adlanan ərazisində ov tüfəngi ilə baş nahiyyəsinə atəş açaraq öldürüb.
Bəxtiyar Əliyevin anası Zahidə Aslanova BAKU.WS-in bölgə müxbirinə bildirib ki, hadisədən bir neçə gün öncə qardaşıoğlu Vasif Bəxtiyara dəfələrlə zəng edib.
"Bəxtiyar mənə dedi ki, Vasif üç gündür mənə zəng edir. Mən Vasifə zəng etdim və nə istədiyini soruşdum.
Dedi ki, heç nə onunla üz-üzə görüşmək istəyirəm. Nə məsələ olduğunu isə mənə demədi. Dünən gecə isə oğlumu öldürdü" - deyə Z.Aslanova bildirib.
Bir digər məlumata görə, hadisəyə səbəb Bəxtiyar Əliyevin öz dayısı, qətli törədən Vasifin isə əmisi olan Mayıs adlı şəxsi həbs etdirməyə çalışması iddiasıdır.
Məlumat üçün bildirək ki, hadisədən sonra Vasif Aslanov polisə təslim olub.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb.
Redaktorun qətlinin təfərrüatları - ŞOK İDDİA
22
yanvar
21:02

Qarabağ
KOMMENTLƏR
36 yaşlı kişi küçədə güllələnərək qətlə yetirildi
Binəqədi icra başçısı iki gözünü itirən qazimizə qarşı SAYĞISIZLIQ - Prezident “Cəsur döyüşçü” adı verib
Bakıdakı milyonluq villa məşhurları qarşı-qarşıya gətirdi
“Mənə dedilər ki, köməklik ediləcək” - Deputatın köməkçisi Qarabağ qazisinə zəng vurdu...
Bakı metrosunda yenə problem yarandı -
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər