Koronavirusun yeni ştammı daha sürətlə yayılır və daha çox ölümə səbəb olur. Bu isə o deməkdir ki, pandemiya nəinki bitib, əksinə ortaya çıxan daha təhlükəli forması ilə insanları yoluxdurmağa davam edir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancının sözlərinə görə, yeni ştamm hələlik Azərbaycanda qeydə alınmasa da, mütləq burada gələcək.
"İnsandan-insana yoluxma sürəti artıb. 50-70% civarında yoluxma sürətində artım müşahidə edilir. Əvvəllər bir nəfər bir nəfəri yoluxdururdusa, indi bu yoluxmalar daha da çox artacaq. Ona görə də ştamm ortaya çıxdığı ölkələrdə sürətlə yayılır.
Bunun nəticəsində daha çox insan xəstə olacaq, bunların arasından isə daha çox ağır xəstələrin olacağı ölüm faizinin artmasına səbəb ola bilər", - ÜST rəsmisi əlavə edib.
Hande Harmancının sözlərinə görə, yeni ştamm özü ilə yeni bəlalar gətirir. Cavanların yoluxma sayı kəskin aratacaq, ən çox ölüm haları isə yaşlılar arasında qeydə alınacaq.
Yoluxma və ölüm halları sürətlə artacaq - Azərbaycanı gözləyən təhlükə - VİDEO
02
fevral
10:01

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat