“İndiki qayda ilə davam etsə, bu ilin avqustuna qədər Qarabağdakı erməni silahlılarının tam əksəriyyəti çıxarılacaq”.
Bunu hərbi təhlilçi Cəsur Məmmədov bildirib.
O deyib ki, açıq və özəl mənbələrdən əldə etdiyi məlumatlara görə, hazırda proses aşağıdakı formada davam edir:
- Qarabağ “silahlı qüvvələri”nin Ermənistan vətəndaşları və Silahlı Qüvvələri hesabına komplektləşdirilməsi prosesi demək olar ki, dayanıb. Ermənistandan Azərbaycana açıq və gizli silah və əsgər daşıma cəhdləri olsa belə, bunlar ümumi prosesə ciddi təsir göstərmir;
- Qarabağda “hərbi xidmət”də olan Ermənistan vətəndaşlarının tərxis olunmaları ya da xidmətlərini Ermənistanda - Ermənistan SQ-də davam etdirmələri üçün sənədləşmə işləri başa çatıb, həmin əsgərlərin Ermənistana göndərilməsi prosesi başlanıb;
- Qarabağdakı yerli əhalidən ibarət silahlıların sayı azaldılır, ərazilərdə təhlükəsizliyə nəzarət Rusiya sülhməramlılatına keçir;
- Qarabağdakı erməni silahlılarına məxsus ağır texnika, artilleriya qurğuları və s. Ermənistana daşınır;
- Ermənistan SQ tərkibində yeni xüsusi hərbi birləşmənin yaradılacağına, qarabağlı “silahlı”ların gələcəkdə orada xidmət keçəcəyinə dair məlumatlar var.
“Ümumi məlumatlara görə, Qarabağdakı erməni silahlılarının hazırki sayı 5 minə yaxındır. Müharibədən sonrakı dövrdə həmin say 10 mindən yuxarı idi. Qarşıdakı aylarda bu sayın dəfələrlə azalması gözlənilir.
Bu proses uğurlu davam edəcəyi təqdirdə bölgədəki Azərbaycan hərbi birləşmələrinin düzülüşünə və döyüş tapşırıqlarına da təsir edəcək. Azərbaycan Silahlı Qüvvələri tədricən öz yerini hüquq-mühafizə orqanlarına verəcək. Azərbaycan-Ermənistan dövlət sərhədi tamamilə Sərhəd Qoşunlarının nəzarətində olacaq. Beləliklə, Azərbaycanın yeni müstəqillik tarixində ilk dəfə olaraq Ordu “istirahət”ə gedərək sülh dövrünün qaydalarına uyğun fəaliyyət göstərməyə başlayacaq. Əlbəttə, əgər hər şey plan üzrə getsə...”,-deyə C.Məmmədov qeyd edib.
“Avqusta kimi erməni silahlıları Qarabağdan çıxarılacaq“ - Hərbi ekspert
22
mart
14:36

Qarabağ
KOMMENTLƏR
Ermənistan Qarabağa əsgər göndərməkdən imtina etdi
Erməni hərbiçilər Xankəndi, Xocavənd və Xocalıdan tamamilə çıxarılır - Müdafiə Nazirliyindəki gizli mənbə
Erməni ordusu Xocalı və Xankəndiyə toplanmağa başladı - Video
“Həddindən çox yaralı əsgərimiz var” - Erməni deputat həyəcan təbili çaldı
Erməni ekpert həyəcanla: “Telekomunikasiyayamız Azərbaycanın tam nəzarətindədir”
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər
- Səkilərdə masa-stul dövrü bitdi – Yeni təlimatla kafe sahiblərinə məhdudiyyət
- “Ayıb olsun, qiyməti 1 manatdan 5 manata qaldırmaq nə deməkdir?”- Aparıcı Mətanətdən Sumqayıt bulvarında qalxan qiymətlərə REAKSİYA