Azərbaycanı “Avroviziya” mahnı müsabiqəsində təmsil edən müğənni Samirə Əfəndinin yarımfinalda çıxışından sonra geyimi və şousu müzakirə olunur.
Bir müddət əvvəl Əfəndinin obrazını sosial şəbəkə istifadəçiləri tənqid etsə də, məsələ daha da böyüməyə başlayıb. Daha sonra izləyicilər milli motivlərin olduğu “Mata Hari” mahnısında yallı hissəsindəki geyimi də qınayıb.
Bakısəsi xəbər verir ki, “Qafqazinfo” mövzu ilə bağlı Azərbaycanın tanınmış, sosial şəbəkələrdə aktiv olan mədəniyyət üzvlərinə müraciət edib, onların rəyini öyrənib.
“Avroviziya-2011“ qalibi Eldar Qasımov hesab edir ki, Əfəndinin çıxışında heç bir qəbahət yoxdur:
“Musiqinin heç bir milli mənsubiyyəti, dini, irqi yoxdur. Musiqi elə musiqidir. Beynəlxalq yarışmalarda mahnının daha çox sevilməsi, yayılması üçün beynəlxalq mahnı yaradılmalıdır. Sırf etnik mahnının təqdimatının əleyhinəyəm. Çünki Beynəlxalq aləm həmin musiqini qəbul etməyə bilər. Əgər biz hansısa bir milli xüsusiyyəti təqdim ediriksə, əlbəttə ki, geyim, şouya diqqət yetirilməlidir. Əfəndinin çıxışında heç bir qəbahət görmədim. Biz artıq bu çərçivələrdən çıxmalıyıq. Məsələni mentalitetə yozmaq və bur cür fikirlər səsləndirməkdən yayınmalıyıq. Dünya şöhrətli Beyonse bodidə Müqəddəs Məryəm barədə mahnı oxumuşdu. Heç kəs buna etiraz etmədi, qınamadı. Çünki onun mesajı başqa idi. Ürək və ağıldan ifa edirdi, bədəni, geyimi ilə yox! İlk növbədə hər şey zövqlü olmalıdır”.
“Avroviziya -2011”in qalibi Nigar Camal bildirib ki, geyim və xareoqrafiyanı hazırlayarkən təkcə Azərbaycan yox, Avropa tamaşaçısının zövqü də nəzərə alınmalıdır:
“Geyim gözəl, performansa, səhnə quruluşuna uyğun, yaddaqalan olmalıdır. Geyimlə obraz vəhdət təşkil etməlidir. Həmçinin, yarışmanın kriteriyaları nəyi tələb edirsə, ona uyğun davranmaq lazımdır. Azərbaycana səslər Avropadan gəldiyi üçün Avropa tamaşaçısının da zövqü nəzərə alınmalıdır”.
Eldarla Nigar Samiranın geyimindən danışdı: “Məsələni mentalitetə yozmaq...“
20
may
19:06

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat