“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) “STP Global Cable” MMC ilə satınalma müqaviləsi imzalayıb.
HİT.az xəbər verir ki, maliyyə dəyəri 1 778 054.57 AZN olan müqavilədə müxtəlif növ rabitə, siqnal və güc kabellərinin satın alınması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “STP Global Cable” MMC 6 oktyabr 2020-ci il tarxidə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 000 AZN olan şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsi, Texno-Park sahəsində yerləşir. Şirkətin qanuni təmsilçisi Abdurrahman Güngör adlı şəxsdir.
Açıq mənbələrdə şirkət və onun qanuni təmsilçisi barədə məlumatlar məhduddur. Bəlli olan odur ki, “STP Global Cable” MMC “Sumqayıt Texnologiyalar Parkı” (STP) MMC ilə eyni hüquqi ünvanda qeydiyyatdan keçib. Mediada gedən məlumatlara görə, şirkətin yaradıcısı da elə STP-dir. Abdurrahman Güngördən əvvəl şirkətin qanuni təmsilçisi Mustafayev İdris Ağa oğlu olub. 28 yanvar 2021-ci ildə MMC-nin reyestr sənədlərinə dəyişiklik edilib. Güman ki, bununla şirkətin qanuni təmsilçisi də dəyişib.
Zaur Hüseynov 2 milyon manata kabel alır
31
may
17:29

Qarabağ
KOMMENTLƏR
300 minlik müqavilədə vergi saxtakarlığı - Zaur Hüseynovdan şübhəli tender əməliyyatı
Sahil Babayev 1000 manata portret alır
Əhməd Əhmədzadənin 2 manatlıq şirkətlə sövdələşməsi - Şübhəli tenderlər
"Bakı Metropoliteni” 207 minə mismar alır – İki tanınmamış şirkətlə tender müqaviləsi
Nazirlik 48 min manata bayraq aldı
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat