İyulun 1-də Daşkəsən rayon Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidi, kiçik çavuş Tağıyev Ramid Yaqub oğlunun xatirəsinə inşa edilmiş ehsan bulağının açılışı olub. Bulaq Daşkəsən rayon İcra hakimiyyətinin dəstəyi ilə şəhidin anası Tağıyeva Zərniyar Əlheydər qızı tərəfindən tikilib.
Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevin, hüquq-mühafizə orqanları rəhbərlərinin, şəhid ailələri, qazilər, sakinlər və şəhidin doğmalarının iştirak etdiyi açılış mərasimində bulağa gül dəstələri düzülüb və şəhidin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə çıxış edən Əhəd Abıyev 44 günlük Vətən müharibəsində Şanlı Zəfər qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığını, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyətini qeyd edib, şəhid Ramid Tağıyevin döyüş yolundan danışıb, Azərbaycan xalqı üçün igid, qeyrətli və mərd oğul yetişdirən şəhidin anası Zərniyar Tağıyevaya dərin ehtiramını bildirib.
Digər çıxış edənlər də Azərbaycan Ordusunun qüdrətindən, hərbiçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs ediblər. Həmçinin qeyd edilib ki, Şanlı Zəfər tarixini yazan Vətən oğulları Azərbaycan xalqının hər zaman qəlbində yaşayacaq.
Şəhidin anası Zərniyar Tağıyeva şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Qeyd edək ki, Ramid Tağıyev 1994-cü il fevralın 25-də Daşkəsən rayonunun Yuxarı Daşkəsən qəsəbəsində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Ramid Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ramid Tağıyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Ramid Tağıyev ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
DAŞKƏSƏNDƏ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİNİN XATİRƏSİNƏ İNŞA EDİLƏN BULAĞININ AÇILIŞI OLUB
06
iyul
22:07

Qarabağ
KOMMENTLƏR
Daşkəsəndə Silahlı Qüvvələr Günü qeyd olunub
Şəhid Ibrahim Abdullayevin ordeni anası Nərgiz Abdullayevaya təqdim edilib
Daşkəsəndə şəhid ailələrinin üzvlərinə və Vətən müharibəsi iştirakçılarına medalları təqdim edilib
Daşkəsəndə Vətən müharibəsi şəhidi Elməddin Vəkilov dəfn edildi — FOTOLAR
Füzulinin 38 şəhid verən kəndində abidə kompleksi açıldı - FOTO
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat